Bahçeci Bakı Tibb Mərkəzi olaraq davamlı inkişaf edən texnoloji strukturumuz və 23 ildən artıq təcrübəmiz ilə regionda fərqlilik yaratmağa davam edirik. 23 ildə dünyaya gətirdiyimiz iyirmi iki mindən çox uşaq ən vacib göstəricimizdir.

Gömrük Hospitalı ile olan ortaqlığımız bizi digər rəqibərimizdən ayıraraq daha güclü bir qurum halına gətirməkdədir.

Biz niyə fərqliyik….

PROF. DR. MUSTAFA BAHÇECİ’NİN LİDERLİYƏ 

Süni mayalanma və qadın sağlamlığı mövzusunda Türkiyənin və dünyanın sayılı isimləri arasında yer alan Prof. Dr. Mustafa Bahçeci rəhbərliyində qurulan mərkəzimizdə bugünlərə gələnə qədər təcrübə və praktika bütün tibbi heyyətə ötürülməkdə davam edir. Aktual elmi məlumatlar,yeniliklər bir çox mərkəzdən fərqli olaraq yaxından təqib edilərək,dünyanın qabaqcıl ölkələri ilə eyni anda tətbiq edilməkdədir.

BAHÇECİ SAĞLIK GRUBU TƏCRÜBƏSİ VƏ TEXNOLOJİ STRUKTURU

Bugün 7 ölkədə 13 mərkəzlə Tükiyə, Yaxın Şərq və Balkan ölkələrinin ən böyük süni mayalanma zənciri olan «Bahçeci Sağlık Grubu» ən son texnoloji yenilikləri Bahçeci Bakı Tibb Mərkəzində tətbiq etməkdədir.

“HƏR KƏSƏ ÖZƏL” SÜNİ MAYALANMA MÜALİCƏSİ

Süni mayalanma müalicələri kənardan hər nə qədər standart bir müalicə olaraq görünsə də hər bir cütlüyün uşaq sahibi ola bilməmə problemi ayrıdır. Bahçeci Bakı Tibb Mərkəzində bu problemlər fərqli tərəflərdən və bu işin mütəxəssisləri tərəfindən dəyərləndirilərək hər bir cütlüyə özəl müalicə proqramları müəyyən edilməkdədir. Problemin kökünü tapmaq üçün tamamlayıcı diaqnoz və müalicə ünsürlərindən faydalanaraq hər bir kəsə özəl müalicə tətbiq edilməkdədir. Bu səbəblə də hər bir cütlük üçün tətbiq olunan müalicə yanaşması fərqli və həmin cütlüyə xasdır. Düzgün diaqnoz və hər kəsə özəl olaraq tətbiq edilən müalicələr böyük uğurların əldə olunmasına gətirib çıxarır.

YÜKSƏK MÜVƏFFƏQİYYƏT GÖSTƏRİCİLƏRİ

  • 23 ildən artıq təcrübəmiz
  • İnkişaf etmiş yüksək texnologiyamız
  • ERA və Recombine Testləri, Hamiləlik Vaksini kimi yeni müalicə üsulları
  • Təcrübəli embrioloqlarımız
  • Şansınızı verdikləri hər qərarla ən yüksəyə çıxaran tibbi heyyətimiz ilə sonsuzluq, süni mayalanma və qadın sağlamlığı mövzusunda, xüsusilə ən çətin hallarda beynəlxalq standartların üzərində olan müsbət göstəricilərə sahibik.

TEKNOLOJİ VƏ ETİBAR EDİLƏN EMBRİOLOJİ LABORATORİYA

Laboratoriyadakı texnoloji investisiya kiçik miqyaslı klinikalar üçün çox bahalı, fəaliyyət sahəsi bir çox fərqli bölməni əhatə edən xəstəxanalar üçün isə maddi gəlir gətirmə imkanı baxımından riskli dəyərləndirilir. Bahçeci olaraq biz xəstələr üçün tam düzgün mövqedəyik və bu sahədəki investisiyanı ən vacib fərqlərimizdən biri olaraq görürük. Bu səbəblə dəyişən və davamlı yenilənən texnologiyanı dünya ilə eyni vaxtda bütün mərkəzlərimizdə istifadə etməyi şərt bilirik. Ən son standartlara cavab verməyən və özünü “təsdiq etməyən” heç bir texnoloji avadanlığı laboratoriyamızda istifadə etmirik. RECOMBİNE, PGD, ERA Testi ,Hamiləlik Vaksini (Bakıda Hamiləlik Vaksinini İlk Tətbiq Edən Mərkəzik) kimi müsbət nəticələri təsdiqlənmiş ən yeni işləmləri Bakıda tətbiq edən ilk və tək mərkəz olaraq fəaliyyətimizə davam edirik.

Süni mayalanma müalicələrində böyük uğur üçün müalicədə istifadə edilən tibbi texnologiya ilə yanaşı işlədilən dərman və tibbi sərflərin də payı böyükdür. Bahçeci Bakı Tibb Mərkəzində dünya səviyyəsində yüksək texnologiya istifadə edilərək istehsal olunan və təsdiqlənmiş tibbi sərf və dərmanlardan istifadə edilir.

Embrioloji laboratoriyamızda texnologiya ilə yanaşı etibarlı olmaq da əsas şərtlərdən biridir. Nümunələr laboratoriyaya girdiyi ilk andan transfer mərhələsinə qədər keçən müddətdə xəstələrimizin şəxsi məlumatları kontrol edilir və hər mərhələdə doğrulanır.

3 MƏRHƏLƏLİ TƏHLÜKƏSİZLİK PROTOKOLU

Bütün yumurta , sperma və embrionlarınız yazılı, sözlü və rəngli üç mərhələli təhlükəsizlik nəzarət sistemindən keçər və hər kəsə özəl barkodlu məlzəmə istifadə sayəsində əsla digərləri ilə qarışmaz.

TƏCRÜBƏLİ QRUP

Süni mayalanma müalicəsində müvəffəqiyyət üçün təcrübəli və güclü bir qrup olmazsa olmaz ünsürlərdən ən əsasıdır. Mərkəzimizdə özlərini daim inkişaf etdirən mütəxəssislərimizlə texnologiya və təcrübəni birləşdirərək müsbət nəticələrə öz imzamızı atırıq. Bu sahədə dünya markasına çevrilən Bahçeci laboratoriyalarına hər il ölkə xaricindən onlarla embrioloq təcrübə keçmək üçün gəlməkdədir.

 XƏSTƏ MƏMNUNİYYƏTİ

Bahçeci Bakı Tibb Mərkəzində xəstələrin müalicələri haqqında əksiksiz məlumatlandırılmalarına çox böyük önəm verilməkdədir, həkim,embrioloq, tibb bacısı və xəstə məsləhətçiləri tərəfindən öz vəzifələrinə uyğun olaraq davamlı göstərişlər və məlumatlar onlarla bölüşdürülür. Hər bir xəstə ilə müalicələrindən sonra görüşülüb aldıqları xidmətin keyfiyyəti ilə əlaqəli fikir və təklifləri alınmaqdadır.