Bu il 33-cüsü təşkil olunan “Avrupa İnsan Üreme ve Embriolojisi Derneği” (European Society of Human Reproduction & Embryology – ESHRE) Konqresi 2-5 İyul 2017 tarixləri arasında İsveçrənin Cenevrə şəhərində baş tutdu.

Dünyanın bir çox fərqli ölkəsindən gələn minlərlə reproduktiv tibbi və embrioloji mütəxəssisi bir araya gətirən və bu sahədə dünyadakı ən böyük iki konqresdən biri olan ESHRE Konqresinə Bahçeci Sağlık Grubu olaraq 4 fəqli və diqqət çəkən çalışma ilə qatıldıq.

Konqresin açılış nitqi öncəki aylarda Girnede təşkil etdiyimiz Beynəlxalq Expermed Konqresinə Prof. Dr. Mustafa Bahçeci ilə birlikdə rəhbərlik edən Prof. Dr. Carlos Simon tərəfindən baş tutdu.

Olduqca  sıx elmi iştirak ilə gerçəkləşən konfransda Dr. Kübra Boynukalın ətraflı genetik incələmə sonrası müşahidə edilən erkən dönəm hamiləlik pozulmalarının yaranmasında ciddi təsiri ola bilən genetikadan kənar səbəbləri araşdıran çalışmasını, Dr. Müstecep Kavrut isə embrion inkişafının 3 və 5-ci günündə gerçəkləşdirilən ardıcıl embrion virtifikasiya tətbiqi sonrası əldə edilən uğur şanslarını əhatə edən araşdırmalarını bütün dünyadan olan kolleqaları ilə bölüşdülər.

Fulya Bahçeci Süni Mayalanma Mərkəzi IVF laboratoriyalarında çalışan Orçun Olcay və Meral Gültomruk da “Canlı Doğum  və ya Düşük  ilə Nəticələnən Müalicələrdə Transfer Edilən Embrionlar Arasında Olan Morfokinetik Fərqliliklər” və “ Mitoskor Məlumatlarının Hamiləliklə Nəticələnmə Şansı Daha Yüksək Embrionun Seçimi Mövzusundakı Ola Biləcək Yol Göstərən Təsirləri” adlı çalışmaları ilə diqqət çəkdilər.