Xərçəng müalicəsi sperma istehsalına necə təsir edə bilər?

Bu günki gündə xərçəng bütün dünyada əhəmiyyətli bir problem olaraq gündəmini qorumağa davam etməkdədir.Eyni zamanda müalicələrlə birlikdə xəstəlik xroniki bir xəstəlik olaraq saxlanılması, xəstələrin həyat tərzlərinin mənalı olaraq uzanması da ümidverici inkişaf olaraq qarşımıza çıxır.Bu vəziyyətdə  xərçəngin müalicəsinə görə xəstələrin saglamlıqlarının qorunmasında da vacib rol oynayır.
Xəstələri maraqlandıran bir digər mövzu isə xərçəng müalicəsi və kimya terapiya dərmanlarının sperma istehsalına mənfi təsiri varmı?
Kimyaterapiya sürətli bölünən hüceyrələri yoxetmə prinsipi ilə aparılan bir müalicədir.Bu müalicədə hədəf hüceyrə xərçəng hüceyrəsi olmaqla yanaşı bədənimizdə sürətlə bölünən mədə-bağırsaq sistem hüceyrələrini,saç kökü hüceyrələrini,çoxalma hüceyrələrini də, sperma və yumurta hüceyrələrini yox edir.Bundan əlavə xərçəngin müalicəsində istifadə olunan digər üsul olan radiasiya terapiyaları da sperma hüceyrəsini yaradan germ hüceyrələrinə zərər verir.
Kimyaterapiya və radioterapiya müalicələri ,dərmanların növü, kürün sayı və ümumi dozaya bağlı olaraq kişilərdə geriyə donülməz bir azospermiyaya yol açır.Kişilərdə rast gəlinən bu sonsuzluğun qarşısını almaq məqsədi ilə xərçəng müalicələrindən əvvəl spermaların dondurularaq saxlanılması reproduktivliyin (artımın) qorunması üçün tətbiq olunan isbatlanmış yeganə müalicə üsuludur.

 

 

 

Tiroid hormonlarının hamilə qalmaqdakı təsiri nədir?

Tiroid hormonları bədənin orkestra şefi kimi bir çox funksiyanın nizamlı olaraq gedişində son dərəcə vacib rol oynayır. Artırma funksiyaları da bunların arasına daxildir. Hormonlarda rast gəlinən pozğunluq və ya problemlər hamilə qalmağa mənfi təsir edə bilər. Doğurqanlıq çağına gələn qadınlarda hormonlara söykənən yaranmış pozğunluqlar uşaq sahibi olmağa mane olduğu kimi hamiləlik müddətində də ana və uşaq üzərində istənilməyən problemlərə yol aça bilər.

Yeniyetməlik zamanı ilə birlikdə estrogen hormonu bir gənc qızın aybaşı olmasından nə qədər məsuliyyət daşıyırsa, tiroid hormonları da bu aybaşının başlaması üçün olduqca vacib bir hormondur.Burada rast gəlinə biləcək pozğunluq aybaşı nizamıslığına səbəb yaradır.Digər tərəfdən hiportoidi,yəni tiroid hormonlarının az işlədiyi vəziyyətdə yumurtlama problemləri daha çox baş verir. Bununla bağlı sonsuzluq, yəni hamilə qalma faizi biraz daha azala bilər.

Tiroid hormonları sağlam hamiləlik üçün vacibdir.

Tiroid hormonu sadəcə bir qadının hamilə qalması baxımından vacib olması ilə birgə sağlam bir hamiləliyin davamı, sağlam bir körpə dünyaya gətirmək üçün də vacibdir. Xüsusi ilə tiroid funksiyası pozğun olan insanlarda hamiləlik baş verərsə düzgün bir müalicə edilməsi vacibdir. Əks təqdirdə körpədə doğumdan sonra nevroloji pozğunluqlar aşkarlana bilər. Hamiləlik dövründə istifadə olunan diaqnostik və biokimyəvi testlərin məhdud olması və bununla birlikdə ciddi bir həkim nəzarəti vacibdir. Ona görə ki, tiroid hormonu ilə əlaqəli xəstəliklər hamiləlikdən öncə aşkarlanmasa belə, hamiləlik dövrü aşkarlana bilər.Bu səbəblə ortaya çıxan işdahsızlıq, ürək bulanma tiroid hormonunun pozğunluğu ilə əlaqələnə bilər.Hamiləlik dövründə uşağın tiroid hormon səviyyələri hamiləliyin ilk 3 dövrünün sonuna qədər anaya bağlıdır. Bu səbəbdən ananın tiroid hormon səviyyəsinin uşağın beyin inkişafına görə vacib olduğu unudulmamalıdır.

Süni Mayalanma Müalicəsində Müvəffəqiyyətli Olmağın Üsulları

Süni mayalanma müalicəsi xeyli texnik bir müddət olduğuna görə bu müddət ərzində xəstələr özlərini elmi bir prosedura tabe edilirmiş kimi və nəticədə heç bir təsiri yoxmuş kimi hiss edirlər.Lakin vəziyyət bunun tam əksinədir.Bu səbəblə də fərdi olaraq müalicənin təsirini artırmaq və sonrasında bədənimizin normal hala gələ bilməsi üçün edilə biləcək bir çox şey  tapılır.ABŞ və İngiltərədə ən çox oxunan Zita West’in qələmə aldığı Fertility&Conception kitabının Bahçeci Sağlık Grupu tərəfindən Türk dilinə qazandırılan Doğurqanlıq və Hamilə Qalma Rəhbəri bu mövzuda vacib bir qaynaq xüsusiyyəti daşıyır.

Nəzarəti ələ alın

Bu müalicələrdəki prosedurlar və dərmanlar bədənimizə bir xeyli yük qazandırdığı üçün müvəffəqiyyət şansınızı artırmaq məqsədi ilə müalicədən ən az 4 və ya 6 həftə əvvəl özünüzü hazırlamağa başlamağınızda fayda var.Zita West kitabında müalicənin təsirli olmağına kömək etmək və bütün müddətlərdə nəzarətin sizdə olduğu hissini qazanmaq üçün edilə biləcəkləri belə sıralayır:
“Bəzi qadınların daha əvvəldən yaşadığı bir sıra təcrübələr ola bilər;amma əgər özünüzü hazırlayıb,diqqətinizi toplasanız hər şeyə qalib gələ bilər və bu nəticədən çox şey qazana bilərsiniz.Hiss etdiyiniz narahatçılığınızın böyük qismi,İVF’in bədənin təbii halindan necə faydalandığını,müalicənin mərhələrində nələrin hədəfləndiyini və olabiləcək nəticələri anlamaqla keçə bilər.Bu məlumatı təbii qaynaqları olacağını xəyalınızda canlandırmaq üçün istifadə edin”

Bədəninizi hazırlayın

Müalicəyə başlayacaq qadınlara bədənin hazırlanması ilə əlaqəli bu təkliflər təqdim olunur:
Daha əvvəl bir İVF müalicəsi almışsınızsa,yəni bir müalicəyə başlamazdan əvvəl yumurtalıqlarınızın özünü toplaması üçün 1-2 ay gözləməlisiniz.Çəkinizi nəzarət altına alın-həddindən artıq çəkili deyilsinizsə İVF müalicəsində müvəffəqiyyət əldə etmək imkanı daha çox olacaq.Əgər artıq çəkilisinizsə yemek yemə vərdişlərinizi dəyişdirərək,vacib olan qida elementlərindən özünüzü məhrum etmədən yavaş-yavaş çəki atmağa cəhd edin.
Bənzər şəkildə əgər çox zəifsinizsə müalicəyə tab gətirmək üçün çəki ala bilməniz üçün qidalanma vərdişlərinizi dəyişdirin.Bu mövzuda istəsəniz professional dəstək də ala bilərsiniz.
Qəti siqaretdən istifadə etməyin.Siqaret uşaqlıq içi zərinə zərər verəcəyi üçün siqaret dumanının olduğu mühitlərdən uzaq durun.
Aerobika kimi çətin məşqlərdən uzaq olun.Hormon sisteminiz İVF müalicəsi üçün işləməyi dayandırarkən bədəniniz istirahətə ehtiyac duyur.Yoga və ya gəzinti kimi yüngül məşqlər seçə bilərsiniz.

Sağlam Qidalanın

Sağlam qidalanmaq və bir detoks programından istifadə etmək İVF müalicəsi zamanı stress altına girəcək olan bədən sistemlərini gücləndirməyə yarayacaqdır.İlk başda şokoladdan,şəkərli və hazır qidalardan,duzlu çərəzlərdən,qəhvədən,çaydan,kolalı içkilərdən,qazlı içkilərdən və spirtdən uzaq duraraq başlaya bilərsiniz.
Akupunktur’dan faydalana bilərsiniz
Doğurqanlıq və Hamilə Qalma Rəhbəri’nə görə,İVF’ə hazırlaşarkən və müalicə müddətində akupunktur müalicəsindən də faydalanmaq mümkündür.Kitabda həm də həftəlik akupunktur üsullarının uşaqlıq içi zərinin yaranmasına,folikulların inkişaf etməsinə və embrion transferindən sonra implantasiya və hamiləliyi dəstəklədiyinə dair araşdırma məlumatlarının da olduğu ifadə edilir.

Xəyalınızda Canlandırın

Zita West kitabında İVF müalicəsinin hər mərhələsində qadının bədənində meydana gələnləri xəyalında canlandırmasını istəyir;yumurtaların yetkinləşməsi,uşaqlıq içi zərinin qalınlaşması,embrionların yerləşdirilməsi kimi.Bu yanaşmasının yaradacağı müsbət təsiri isə  bu cümlələrdə başa salır:
“Çinlilər diqqətinizi bədəninizdəki müəyyən bir bölgəyə yönəltsəniz,həyat enerjisinin o nöqtəyə axacağına inanır.Bu müsbət canlandırmaların təsvirini bir kağıza yazın və nizamlı olaraq təkrar etməyinizi xatırladacaq tərzdə evinizdəki bəzi künclərə yerləşdirin.Bədəninizin dərmanlara çox yaxşı cavab verdiyi kimi başqa nəticələri də yazın.Bunu edərkən özünüzü biraz qəribə hiss edə bilərsiniz, amma unutmayın ki,zehin çox güclü bir alətdir.Nəyə inandıgınız,ən sonda nə olduğunuzu müəyyənləşdirər.Doğurdan da bir körpəniz olacağına,bunu edərkən sağlığınızı qoruyacağınıza və immunitet sisteminizi təhlükəyə atmayacağınıza inanmlaısınız.

Su içməyi unutmayın

Su bədənin hər hüceyrəsi və bir sözlə hər kəs üçün həyati şərt daşıdığı üçün müalicədən əvvəl və müalicə müddətində də gündə ən az 2 litr su içməli olduğunuz diqqətə çatdırılır.

Süni mayalanma müalicəsi əsnasında borular niyə bağlanır?

Ümumiyyətlə doğum idarə üsulu olaraq istifadə edilən boruların bağlanması, yəni yumurtalıq ilə uşaqlıq arasındakı fallop borularının uşaqlıq ilə əlaqəsinin kəsilməsi əməliyyatı bəzən süni mayalanma müalicəsində lazım ola bilər.

Bahçeci Sağlık Grubu Umut Süni Mayalanma Mərkəzi Qadın Xəstəlikləri və   doğum Mütəxəssis Dr.Selen Sakar Sezginsoy-un verdiyi məlumata görə süni mayalanma müalicəsi zamanı əməliyyat və yaxud infeksiya kimi fərqli bir səbəbə bağlı olaraq uşaqlıqdan uzaq nöqtədən tıxanmış borular transfer edilən embriona zərər verə bilər.  Bunun nəticəsində hamiləlik nisbətinin düşməsinə səbəb olur. Bu halın aşkar olunduğu qadınlarda süni mayalanma müalicəsindən əvvəl  boruların bağlanması təklif edilir.

Boruların bağlanma əməliyyatı necə olunur?

Dr.Selen Sakar Sezginsoy-un verdiyi məlumata görə boruların bağlanması cərrahi yol ilə edilən bir əməliyyatdır. Borular uşaqlığa birləşdiyi yerdən bağlana bildiyi kimi, bir qismi çıxarıla bilir və ya tamamilə götürülə bilər. Süni mayalanma müalicəsindən öncə problemli boruların tamamilə çıxarılmasının daha doğru olduğunu söyləyən Dr.Sakar Sezginsoy, əməliyyatın necə gerçəkləşdirdiyini izah etdi: “Bu prosedur üçün laparoskopik cərarahiyə tətbiq olunur. Laparoskopiyanın mümkün olmadığı hallarda laparatomi, yəni qarın bölgəsi açılaraq əməliyyat aparılır. Bu da mümkün olmadığı zaman vaginal yol ilə uşaqlıq içərisinə daxil olaraq boruları xüsusi çıxarılmış materiallarla bağlamaq mümkündür.

Süni Mayalanma Müalicəsi Müddətində Stresin Qarşısı Necə Alına Bilər ?

Stress bir çox xəstslik üçün risk yarada biləcəyi kimi, bəzən də xəstəliklərin müalicəsi müddətində də neqativ təsir yarada bilir. Xüsusi ilə süni mayalanma müalicəsi kimi öz-özlüyünə stress yaradan bir müalicə müddətində streslə düzgün və təsirli bir üsul ilə başa çıxmaq son dərəcə vacibdir. Bəs cütlüklər bunu necə reallaşdıra bilər? Bu problemin cavabını Bahçeci Sağlık Grubunun psixoloqu Gözde Özçelik maddələr halında belə sıraladı…

  1. Güvəndiyiniz və özünüzü rahat hiss etdiyiniz bir mərkəzdə müalicə alın.
  2. Müalicənin gedişi haqqında həkiminizdən və doğru qaynaqlardan məlumat alın,professional olmayan internet saytlarına girməyin.
  3. Stress qaynaqlarını təyinləşdirməyə və stresi yaradan faktorlardan uzaq durmağa çalışın.
  4. Streslə necə başa çıxmağı, rahatlamağı və nəfəs texnikasını öyrənin.
  5. Keçmişdə istifadə etdiyiniz və problemlərlə baş etməkdə təsirli bildiyiniz üsullardan yararlanın.
  6. Streslə baş etməkdə çətinlik çəkirsinizsə müalicədən əvvəl və ya müalicə müddətində psixoloji dəstək alın.
  7. Hisslərinizi ört-basdır etmək yerinə açıq ifadə edin.
  8. Tənzimlənə biləcək stress qaydalarının öz kontrolunuz altına alın. Dəyişdirə bilmədiyiniz və kontrol edə bilmədiyiniz şeyləri qəbul etməyə çalışın. Bunun əvəzinə kontrolunuz altında olan şeylərdən ziyadə misal olaraq problemlərə necə reaksiya verməyinizə çalışın.
  9. Güvəndiyiniz bir dostunuza və ya bir terapevtə müraciət edərək hisslərinizi paylaşın, sadəcə özünüzü açmaq belə sizi böyük ölçüdə rahatladacaq.
  10. Müalicə ilə bağlı sizə sual verən insanlardan və mühitdən uzaq durun, lazım olsa bunun sizə aid olduğu bir mövzu olduğunu bildirin.
  11. Problemin içində olan üstünlükləri görməyə çalışın. Qarşıdurma həllini fərdi inkişafa qatqısı olan bir fürsət kimi görməyə çalışın.
  12. Əyləncə və rahatlama üçün özünüzə zaman ayırın.
  13. Aktiv olun.
  14. Cütlük olaraq bir birinizə dəstək olmağa çalışın və əlinizdən gələn hərşeyi ən yaxşı şəkildə etdiyinizi xatırlayaraq bir birinizi tərifləndirməyi unutmayın.
  15. Süni mayalanma müalicəsində hər mərhələni bir zəfər olaraq görün və hər mərhələ üçün özünüzü və yoldaşınızı təbrik edin.
  16. Tək sonsuz cütlüyün siz olmadığını, bu problemi yaşayan minlərlə cütlük olduğunu xatırlayın.

 

 

 

 

 

Sperma sayını artırmaq mümkundürmü?

Qadınlar müəyyən bir yumurta sayı ilə doğularlar  və yetkinlik ilə birlikdə hər aybaşı zamanı bu yumurta hüceyrələrindən bir qismini itirirlər.Bu müddət, yumurtalıqlarda heç yumurta qalmayana qədər,yəni menopauzaya qədər davam edər.Kişilərdə isə sperma sayında müşahidə edilen fərqlilik,insanın sahib olduqları genetik mirasa təsadüfi və ya ana bətnində erkən dövr inkişafları əsasında məruz qaldıqları ekoloji və ya fizioloji dəyişikliklərə və ya həyat tərzinə görə dəyişir.Bu fərqlilik semen nümunəsində heç sperma görülməməsi olaraq təyin olunan azospermin vəziyyətindən,bir neçə yüz milyon sperma sayına qədər son dərəcə dəyişikdir. Digər tərəfdən,yumurtlalıqlardakı sperma istehsalı hər nə qədər olunan təhlilərdə yüksək say və ya hərəkətlilik müşahidə olunsa  belə,hərarət yüksəlməsi kimi bir rahatsızlıq, alkoqol,siqaret qəbulu nəticəsində əmələ gələn toksik mühit səbəbi ilə son dərəcədə düşə bilər.Bu səbəbdən əgər sperma azlıgının səbəbi hər hansı genetik və ya kişi hərarət verici bir xəstəlik keçirməyibsə, həyat keyfiyyətinin artırılması məqsədi ilə siqaret və spirtli içkilərdən uzaq durmalı,həkim nəzarəti həyat tərzini dəyişə bilər.Hal hazırda bazarda xüsusilə antioksidan və ya qida möhkəmlətmələri şəklində təqdim edilən sperma sayını və keyfiyyətini artırıcı xüsusiyyəti oldugu deyilən məhsullar mövcuddur.Adı çəkilən məhsulların faydalı olması üçün yuxarıda sadaladıgımız anatomik və genetik problemlərin mövcud olub olmadıgını araşdırıb və bu tip müalicələrin mütləq bir saglıq personalı nəzarəti altında araşdırılmalı və həyata keçirilməlidir.Əks halda yüksək miqdarda qəbul edilən bu maddələrin xeyrindən çox ziyanı ola biləcəyi unudulmamalıdır.

Sperma Seçimində IMSI Üsulu

Süni Mayalanma müalicələrində mikroinyeksiya üsulu ilə spermalar xüsusi bir mikroskop altında seçilib yumurtanın içinə iynə ilə vurulur.Bu prosedur zamanı keyfiyyətli embrion əldə etmək üçün hərəkətli quyruq və baş şəklinin düzgün olmasına diqqət yetirilir.
Morfologiya adlanan spermanın forma xüsusiyyətləri yaxşı olduğu zaman sağlam bir sperma əldə olunub demekdir.Klassik olaraq mikroinyeksiya üçün istifadə olunan mikroskoplar spermanı 400 dəfəyə qədər böyüdərək sperma seçimində yardımçı olmaqdadır. “İntra ctoplasmic magnified sperm injection” (IMSI) adlanan üsul ilə xüsusi bir lupa və kompüter proqramın istifadə edilərək sperma 6600 dəfəyə qədər böyüdülür.Bunun sayəsində spermanın morfologiyası daha yaxşı dəyərləndirilir.Xüsusilə spermanın baş hissəsində olan dəyişikliklər spermanın keyfiyyətini dəqiqləşdirməkdə və bu sahədə olan kiçik balon formasında olan hüceyrəvi dəyişikliklərə diqqət edilməlidir. IMSI sadəcə mikroskopun xüsusiliyinə bağlı olmadığı kimi bu üsuldan istifadə edən embrioloqun  da bu mövzuda təhsilli və təcrübəli olması vacibdir.Daha sağlam spermaların seçilməsi ilə həm döllənmə nisbətində, həm də hamiləlik nisbətlərində irəliləyişlərlə nəticələnmişdir.Xüsusilə “kişi faktoru” və ya “açıqlanmamış sonsuzluq” faktlarında istifadə olunur.

Sperma Sayı Nə qədər olmalıdır?

Sağlam bir kişinin uşaq sahibi ola bilməsi üçün sperma sayı nə qədər olmalıdır?Test nəticəsində sperma sayı kifayət qədərdirmi?Bu sual Süni Mayalanma müalicəsində ən çox qarşılaşdığımız suallardan biridir.Dünya Sağlamlıq Təşkilatı müəyyən aralıqlar  ilə androloji işləri üçün təlimatlar nəşr edib və bu təlimatlara görə sperma sayı üçün verilən alt limit milli litrdə 15 milyon,ümumi semen nümunəsindən də 40 milyon spermanin olmasıdır.Bu ədədin altında sperma sayına sahib fərdlərdə uşaq sahibi ola bilmə müddəti uzanır.Bununla birlikdə xüsusi ilə vurğulamaq lazımdır ki, uşaq sahibi ola bilmək üçün sadəcə yüksək sayda olması lazımlı deyil,lakin eyni vaxtda kafidə deyil.Yəni sayı ilə birlikdə hərəkətlilik və spermada var ola bilən forma pozğunluqları da çox vacibdir.Semen nümunəsindən 100 milyon sperması ola, lakin bu spermadan 30%-i hərəkətli olan kişi ilə 50 milyon sperması olub bu spermadan 60%-i hərəkətli olan kişinin uşaq sahibi olma şansı fərqli deyil.Xüsusilə bu hərəkətli spermaların nə qədərinin normal bir şəkildə olduğu da son dərəcə vacibdir.Ümumiyyətlə xəstələrimiz eşitdiklərində çaşırlar, amma biz araşdırdığımız nümunələrdə əgər 100 spermadan 4-nü normal olaraq görmüşüksə,nəticəsində normal olaraq qəbul edirik.Bu da o deməkdir ki,çıxarılan 100 spermadan 95%-i istehsal ərzində səhv olaraq paketlənə bilmir.Son illərdə bu parametrlər spermanın daşıdığı genetik materialın (DNT-nin)nə qədər ziyanlı olub olmadığı nəticəsinə qənaət verir.

Sonsuzluğu pessimizm və ümidsizlik hissləri ilə bacara bilməmək

Bu düşüncələrdən qurtulun!

  1. Əsla hamilə qala bilmərəm və övlad sahibi ola bilmərəm.
  2. Ailə qura bilmərəm.
  3. Daha öncə etdiyim səhvlər üzündən bu vəziyyətdəyəm , hamısı mənim günahımdır.
  4. İllər öncə qorunduğum və övlad istəmədiyim üçün bu vəziyyətdəyəm.
  5. Cəzalandırılıram.
  6. Müalicəyə gec başladım, daha erkən başlamalıydım.
  7. Həm qadın/kişi həm də bir yoldaş olaraq cox bacarıqsız və qüsurluyam.

Hisslərimizi, özümüzü necə hiss etdiyimizi təyin edən xoşagəlməz hadisələrin özündən çox bizim hadisələrə verdiyimiz əhəmiyyətdən zehnimizdə yaratdıqımız düşüncələrdir. Buna görə bizlər yaşadığımız hadisələrlə əlaqədər yaratdığımız düşüncələri,hissləri dəyişərək, bunların bizə yaşatdığı mənfi hissləri(qorxu, narahatçılıq, qayğı, kədər) aradan qaldırmalıyıq.

Yuxarıda yazılan düşüncələr həqiqi olmayan düşüncələrdir. Yəni stress zamanı zehnimizi ələ keçirməyə çalışmalıyıq, bunlar təsdiq olunmamış ifadələrdir. Həqiqi olduqlarına o qədər cox inandırırlar ki bizləri, sanki bir inanc qədər güclü bir şəkildə həyatımızın içinə daxil olur. Bunlardan xilas olmanın tək yolu bu mənfi düşüncələri daha həqiqi olanlarla əvəz etmək. Misal üçün: `Əsla hamilə qala bilmərəm və övlad sahibi ola bilmərəm`- düşüncəsi həqiqi olaraq bu şəkildə olmalıdır: `Hal hazırda sonsuzluq problemi ilə qarşı qarşıyayam. Bu mövzuda əlimdən gələn hər şeyi edirəm. Müalicə alaraq hamilə qalıb övlad sahibi olma ehtimalımı artırmış oluram.Bununla birlikdə digər ehtimallara da hazır olmalıyam. Gələcəyin nə vəd etdiyini indidən görə bilmərəm`.

Neqativ fikriləri aradan qaldıra bilmək hər zaman asan olmur, ona görə də xüsusi ilə psixoloji terapiya mövzusunda mütəxəssis olan bir psixoloq və ya psixiatra müraciət etmək faydalı ola bilər

Normal Sperma Parametrləri necədir?

  • Miqdar (volum) 2.0 ml və artıq
  • ph 7.2 və artıq
  • ml de sperma sayı(konsentrasiya) 15 milyon ⁄ml və artıq
  • Total sperma sayı 30 milyon ⁄ml ve artıq
  • Hərəkətlilik (motilite)50% və  artıq A + B dərəcəsində hərəkət və ya A dərəcəsində 25% və artıq    dərəcələndirmə(Grade)
  • +4 və ya A : Sürətli irəli hərəkət
  • +3 və ya B: Asta irəli hərəkət
  • +2 və ya C: Yerində hərəkət
  • +1 və ya D: Hərəkətsiz
  • Şəkil (morfoloji) 4% və artıq (Kruger’ə görə)
  • Canlılıq (viability) 75% ve artiq
  • Leykosit (iltihab hüceyrəsi) 1 milyon⁄ml-dan az

Bu parametrlərin öz başına dəyərləndirilmələri çox vaxt səhv dəyərləndirilməklə nəticələnir. Ümumi olaraq ml da say,hərəkətlilik,morfologiya meyarları bərabər dəyərləndirilərək Sonsuzluq halı haqqında məlumat alınır.
Azoospermik kişilərdə mütləq konsentrasiyadan (sentrafuqa) sonrasına baxaraq yaranan çökəklikdə sperma olub-olmadığı araşdırılmalıdır.