Yumurta hüceyrəsinin sperma hüceyrəsi ilə birləşməsi (döllənmə) sonrasında tək hüceyrəli embrion (zigot) meydana gəlir. Tək hüceyrədən ibarət olan ilk embrion ardıcıl hüceyrə bölünmələri keçirərək təbii bir artım dövrü daxilində yaranışının 5-ci və ya 6-cı günündə borulardan uşaqlıq daxilinə irəliləyirlər. Davamlı olaraq inkişaf edən embriona bu zamanda blastosist adı verilir; blastosist mərhələsindəki embrion həcm olaraq genişlənir, ətrafını sarıyan və “Zona Pelusida” adı verilən qabığın xaricinə çıxar və uyğun şərtlər təmin edildiyində uşaqlığa tutunması (yapışması) həyata keçər.

Süni mayalanma tətbiqinin ilk illərində embrion inkişafı mövzusunda sahib olunan məlumatın az/məhdud olması, embrionların böyüdülməsində istifadə edilən solüsyonların məhsuldar olaraq inkişaf etdirilə bilməməsi səbəbi ilə embrion transferləri erkən klivaj müddəti (embrion inkişafının 2 və 3-cü günləri)  edilməkdə idi. Zaman içində elmi və texniki imkanlar artdıqca embrionların implantasiya mərhələsinə qədər laboratoriya şəraitində uyğun inkişafın təmin edilə bilməsi mümkün hala gəlmişdir. Günümüzdə mövcud xəstə özəlliklərinə, müalicə keçmişinə və klinik quruluşun uyğunluğuna bağlı olaraq dəyişik nisbətlərdə blastosist transferi həyata keçirilir.

İstər mərkəzimizdə, istərsə də dünya miqyasında görülən işlər və əldə edilən nəticələr, cütlüklərdə 3-cü gün yerinə 5-ci gün edilən embrion transferlərində hamiləlik şansının ciddi şəkildə yüksək olduğunu göstərir. Bununla birgə blastosist transferi hər müalicəyə uyğun olmaya bilər. Özəlliklə 3-cü gün çox sayda keyfiyyətli embrionu olan cütlüklərimizdə embrionlar blastosist mərhələsinə qədər böyüdülərək onların arasından keyfiyyətli blastosist olacağı müşahidə edilən embrionların transfer üçün seçilməsi hamiləlik şansını artırır.

Blastosist transferi kimlərə tətbiq olunur?

Blastosist transferi ümumilikdə qadın yaşının 35-dən aşağı olduğu, 3-cü gündə 5 və daha çox keyfiyyətli embrionu olan cütlüklərdə embrion seçimini daha məhsuldar edə bilmək və daha yüksək hamiləlik şansı əldə edə bilmək məqsədi ilə seçilməkdədir. Bununla birlikdə daha öncə həyata keçirilən süni mayalanma müalicələrində 2 və ya 3-cü gün keyfiyyətli embrion verilməsinə baxmayaraq hamiləliyin olmadığı cütlüklərdə, çoxdöllü hamiləlik istəməyən cütlüklərdə (seçilmiş tək blastosist transferi olaraq), müalicə zamanı say olaraq çoxlu embrion əldə edilmiş,lakin qalan embrionların dondurulmasını istəməyən cütlüklərdə tez-tez seçim edilən bir yanaşmadır.

Blastosist transferinin mənfi xüsusiyyətləri nələrdir?

Qadın yaşının yüksək olmadığı (<35), ciddi sperma faktorları müşahidə edilməyən cütlüklərin müalicələrində embrionların blastosistə çatma göstəricisi 40-70 % aralığındadır. Bununla birlikdə sonsuzluq səbəbi ciddiləşdikcə blastosist yaranma şansı düşməkdə, bəzi müalicələrdə embrionlar erkən inkişaf müddətində keyfiyyətli olaraq müşahidə edilsələr də blastosist inkişafında ciddi problemlər ola bilir, hətta heç inkişaf olmaya bilir. Bu səbəblə bəzi müalicələrdə transfer mərhələsinə çatmayıb müalicə ertələnə və ya ləğv oluna bilər. Blastosist inkişafı planlanan cütlüklərlə müalicə ilə əlaqəli yaşanıla biləcək bu hallar müzakirə edilməlidir. Blastosist inkişaf problemi eyni zamanda klinikadakı texniki vəziyyət və müalicə üçün lazımlı olan hava keyfiyyəti, gigiyena və s. şərtlərə bağlı ola bilər. Son olaraq bəzi laboratoriya və mərkəzlərdə 5-ci gün blastosist mərhələsinə gəlmiş embrionların dondurulması klivaj müddətində dondurulması qədər yaxşı nəticələr verməyə bilir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.