EmbryoScope

Dünyada tətbiq olunan Süni mayalanma müalicələri və üsullarına yeni bir ölçü qazandıraraq, adətən yeni bir dövrün başlanğıcına imza atan EmbryoScope, Dinamik Embrion İzləmə Sistemi, Azərbaycanda ilk dəfə Bahçeci Bakı Tibb Mərkəzində tərəfimizdən xəstələrin xidmətinə təqdim olundu.

Süni mayalanma müalicəsi zamanı embrion seçimini yaxşılaşdırmaq və embrion dəyərləndirmə alqoritmlərini inkişaf etdirmək məqsədi ilə istifadə edilən və gördüyü ekstra tələbə baxmayaraq bugün dünyanın sadəcə ən prestijli süni mayalanma mərkəzlərində çox qısa bir zaman əvvəl istifadə edilməyə başlanan və EmbryoScope adı verilən Dinamik Embrion İzləmə Sistemi, bütün mərhələlərin nizamlı olaraq müşahidəsinə uyğun üsulu ilə sağlam olan embrionları seçmə şansı təmin edərkən, eyni zamanda məhdud embrion sayında da uğur əldə edə bilmə nisbətini artırmaqdadır.

Siz yuxuda olarkən embrionlarınız nə edir?

Mütəxəssislərə xəstə embrionlarının anında və davamlı olaraq, bütün dövrlərin heç bir mərhələsi qaçırılmadan və istənilən anda dəyərləndirilməsi imkanı yaradan Dinamik Embrion İzləmə Sisteminin təmin etdiyi davamlı müşahidə imkanı ilə əldə edilən görüntülərin yenidən göstərilməsi, sürətləndirilmiş şəkildə izlənməsi və ya canlı görüntü istifadə edilərək embrion keyfiyyətinin dəyərləndirilməsi isə yenə EmbryoScope sayəsində reallaşa bilir. İstifadə edilən statik sistemlərdə sadəcə müəyyənləşən günlərdə və cəmi 5 dəqiqə zamanla cihazdan çıxarılaraq kontrol edilə bilən və bəzən embrionlara mənfi təsirin olduğu halın əksinə, Dinamik Embrion İzləmə Sistemi, EmbryoScope ilə 144 saat x 60 dəqiqə boyunca kəsintisiz müşahidə imkanı təmin edilməkdədir.

Günümüzdə embrion inkişafının dəyərləndirilməsi, kültür şərtlərində yaranan kəsintiləri minimuma endirmək məqsədilə təyin olunmuş zamanlarda alınan ani baxışlarla məhdud qalmaqdadır. Son dərəcə dinamik bir dövrə sahib olan embrion inkişafı və embrion inkişafı dövrlərində yer alan zəngin tərkibə sahib məlumatlardan çox heyif ki, tam mənası ilə yararlanmaq mümkün olmur.

Ancaq EmbryoScope, Dinamik Embrion İzləmə Sistemi ilə güvənli və kontrollu bir kültür şəraiti təmin olunarkən tək səfərdə 72 ədəd embrion davamlı olaraq müşahidə altında tutula bilir. Edilən müşahidələr 4 ölçülü sertifikatlaşdırma üsulu sayəsində mütəxəssislərə istənilən dövr və zamanlamanı dəyərləndirmə imkanı təmin edərək, gələcəkdə ediləcək embrion qiymətləndirilməsi üçün bənzərsiz yeni parametrlər inkişaf etdirmə imkanı təmin edir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.