Embrion dondurma və embrion donunun açılması

Süni mayalanma müalicəsi edilən xəstələrdə əldə edilən yumurta və embrion sayı tətbiq edilən müalicə seçənəklərinə görə fərqlilik göstərə bilir. Ancaq bununla belə bugün süni mayalanma müalicəsi görən cütlüklərin təxmini 40 %-də birdən çox keyfiyyətli embrion əldə etmək mümkündür.

Keyfiyyətli embrion əldə edə bilmək üçün bir neçə kriteriyalar vardır ki, bunların başında da qadın yaşı durur. Misal üçün, gənc qadınlarda keyfiyyətli embrion əldə edə bilmə şansı 60 %-dən çoxdur. Lakin yaş irəlilədikcə yaşa bağlı olaraq yumurta ehtiyatı azaldığından bu göstərcilər də kəskin şəkildə azalmaqdadır.

Müalicə müddətində embrion transferindən sonra qalan sağlam embrionları laboratoriya şəraitində donduraraq saxlamaq mümkündür. Bunun üçün özəl olaraq ayrılan otaq istifadə edilir. Cütlüyün müalicə müddətinə bağlı olaraq dondurularaq saxlanılan keyfiyyətli embrionlar sonradan donu açılaraq istifadə edilə bilir.

Embrion dondurma üsulu ilə günümüzdə minlərlə uşaq dünyaya gəldi

20 ildən çox bir zamandır embrionların dondurularaq saxlanması və istənildiyi zaman donun açılaraq uşaq sahibi olunması xidməti dünya miqyasında istifadə edilir. Rutin süni mayalanma müalicələrində istifadə edilən embrion dondurma üsulu ilə dünyaya gələn yüz minlərlə uşaq vardır.

Doğru şəkildə istifadə olunarsa cütlüklər üçün çox vacib üstünlüklər

Dondurulmuş və donu açılan embrionlar ilə reallaşan müalicələrdə yumurta böyütmək və bu məqsədli yüksə doza hormon və dərman qəbuluna ehtiyac olmadığından xəstə üçün zamanın daha çox rahat keçməsi təmin edilir. Bununla birlikdə embrion dondurma, saxlama və donun açılma şərtləri doğru bir şəkildə təmin edilərsə müalicə görən cütlüklərə əlavə bir müalicə üstünlüyü və hamiləlik şansı yaranır. Ayrıca olaraq ümumi müalicə məbləğini ciddi şəkildə azaltmaqdadır.

Hansı hallarda embrion dondurula bilir?

Öncəliklə embrion dondurma/donun açılması üçün bu xidməti göstərən mərkəzdə keyfiyyətin yüksək səviyyədə olması lazımdır. Arzu edilən nəticəni almaq üçün texnoloji imkanlardan tutmuş embrioloqların təcrübəsinə qədər olan bütün amillər təsir edir.

Inkişaf etmiş texnoloji struktur ilə dondurulacaq embrionun keyfiyyəti və seçimi ilk mərhələdə çox vacib əhəmiyyət daşımaqdadır. Sonrasında isə dondurma zamanı istifadə edilən üsul və embrioloqların təcrübəsi çox önəmlidir.

Müasir və keyfiyyətli süni mayalanma mərkəzlərində embrion dondurma şansı verilən xəstə sayı çoxdur. Bununla birlikdə vacib məqamlardan biri dondurulub donu açılan embrionlar ilə əldə edilən hamiləlik şansı ən azından donmamış embrionlar ilə həyata keçirilən müalicələr qədər və hətta müalicə qadında uşaqlığın uyğun zamanında  edildiyi üçün daha da yüksəkdir.

Kimlərə embrion dondurma məsləhət görülür?

Texnoloji imkanlarla birlikdə bugün embrion dondurma məsləhət görülən xəstə profilində də dəyişikliklər yaşanmaqdadır. Keçmiş illərdə müəyyən bir sayda və keyfiyyətdə embrionu olan cütlüklərə təklif olunurdusa, indi tək bir keyfiyyətli embrionu olan cütlüklərə də məsləhət görülür. Vacib olan embrion inkişafı və keyfiyyətli olmasıdır.

Embrion dondurma  sadəcə olaraq müalicə sonrası artıq qalan embrionların dondurulması üçün deyil, eyni zamanda  müalicənin durdurulması və ya ertələnməsi lazım olan hallarda istifadə edilən bir seçim yoludur. Məsələn, yumurtalıq hiperstimulyasiyası sindormu adı verilən, yəni qadının müalicə gördüyü müddətdə yumurtalıqlarının qəbul edilən hormon və dərmanlara həddən artıq cavab verməsi halında bütün embrionlar erkən inkişaf mərhələlərində dondurularaq saxlana bilir. Beləliklə xəstənin klinik halı normal vəziyyətinə qayıtdıqda embrionlar donu açılaraq transfer xidməti həyata keçirilir və hamiləlik şansı əldə edilir.

Bəzi klinikalar ayrıca yumurta inkişafı məqsədi ilə hormon/dərman qəbulunu yüksək dozalarda olan və bu səbəb ilə uşaqlığın embrionu “tutma” (qəbul etmə) keyfiyyətinin azaldığını düşündükləri hallarda və ya müalicə zamanı uşaqlıqda müşahidə edilən və embrionun tutunmasına maneçilik törədən hallarda (miom, polip və s.) da embrion dondurmadan istifadə edirlər. Bu halda bütün embrionlar dondurulur və problemin aradan qaldırılmasından sonra uşaqlıq daha sağlam və uyğun hala gəldiyində donu açılaraq transfer edilir. Bu üsulda yüksək hamiləlik şansı əldə etmək mümkündür. Xüsusilə uzaq şərq ölkələrində dondurulmuş embrionlar ilə tətbiq edilən müalicə sayında son illərdə ciddi bir artım müşahidə olunur.

Embrion dondurma üsulunun faydalı olduğu bir başqa yanaşma isə embrionlarda genetik müayinə edilməsi planlanan cütlüklərdir. Yüksək genetik pozğunluq riski daşıyan, lakin müalicədə məhdud sayda yumurta və emrionu əldə edilə bilən cütlüklərdə inkişaf edən embrionlar dondurulur və daha sonra genetik incələmə mərhələsinə alınırlar. Beləliklə genetik test maliyəti də ciddi şəkildə azala bilir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.