Təkrarlanan süni mayalanma uğursuzluqlarında yeni bir dövr başlayır : ERA testi

ERA, yəni “Endometrial Reseptivity Assay” testi, süni mayalanma müalicələrində, xüsusilə yaxşı keyfiyyətli embrion əldə edilib də hamiləliklə nəticələnməyən və uğursuzluğun səbəbini açıqlayan ciddi bir səbəb tapılmayan xəstələr üçün yeni bir ümid yaratmaqdadır. Süni mayalanma müalicəsi tibbdə yeni inkişafların yaşandığı sahələrin əvvəlində gəlir. Bugün süni mayalanma müalicələrindəki nəticələrə baxdıqda təxmini hər iki cütlükdən birində hamiləlik əldə edildiyi görünür. Müalicə görən hər eç cütlekdən biri də evə sağlam uşaq apara bilir. Bütün bu inkişaflarla yanaşı hələ də bəzi cütlüklərdə iki və ya daha çox sayda müalicə tətbiqinə baxmayaraq çox heyif ki, hamiləlik əldə etmək mümkün olmamışdır.

Uğursuz süni mayalanama müalicəsinin bir çox səbəbləri vardır. Bu nöqtədə cütlüklərə bağlı səbəblərlə yanaşı doğru mərkəz seçimi də son dərəcə önəm daşıyır. Ancaq bununla birlikdə, təkrarlanan süni mayalanma uğursuzluqları gözlənilən cütlüklər üzərində edilən işlərin çoxunda embrion genetikası və embrion keyfiyyətinin təsirinin böyük olması da danılmazdır. Uşaqlıq isə təkcə histereskopiya ilə incələnə bilən haldadır. Histereskopiya sonrasında hamiləliyə mane olan bəzi patologiyaların təsbit edilərək cərrahi olaraq düzəldilməsi mümkündür. Ancaq, çox heyif ki, embrionun uşaqlığa “yapışmasını təşkil edən” mikro hüceyrə çevrəsinin nə qədər sağlam olduğu və ya embrion üçün hazır olub olmadığını təsbit etmək mümkün deyildi.

ERA testi ilə hələ embrionları uşaqlığa transfer etmədən uşaqlığın embrionları qəbul edib etməyəcəyini və ya embrion transferinin hansı gün edilərsə hamiləlik şansının artırıla biləcəyini öncədən bilmək mümkündür.

Testdən sonrakı nəticələr xüsusilə bəzi xəstələrdə müalicə proqramı və embrion transfer günü dəyişdiriləcək cütlüklərin hamiləlik uğurunun artırıla bildiyini göstərməkdədir. Bu halda əlavə olaraq keçmişdə əldə edilən uğursuz sınaqların səbəbini də bilmək mümkün ola bilər.

Digər tərəfdən ERA testi tətbiq edilən xəstələrin 0.5-1 %-də uşaqlıq toxumasının heç bir zaman süni mayalanma müalicəsinə cavab vermədiyi hallar da olur. Yəni nə qədər embrion olarsa olsun bu xəstələrdə təkcə uşaqlıq toxuması uyğun olmadığı üçün hamiləliyin olmadığı təsbit edilib.

ERA testi necə tətbiq edilir?

ERA testində müalicə görəcək xəstənin uşaqlıq iç pərdəsindən alınan toxuma genetik olaraq analiz edilir. Testin tətbiqi düşünülən xəstələrdən aybaşı dövründə bəlli bir gündə uşaqlıq toxumasından kiçik bir parça alınır. Parça alınması əməliyyatxana şəraitində və xəstənin rahatlığı baxımından yüngül sakitləşdirici verilərək edilir.

Alınan parça irəli molekulyar və genetik müayinə üsulları ilə analiz edilir. Bu analiz zamanı embrionun “yapışmasında” vacib rol oynayan 200-dən çox genin aktivliyi ölçülür. Təxmini 2 həftə içində də ölçüm nəticələri dəyərləndirilərək nümunə götürülən xəstənin uşaqlıq toxumasının embrionu qəbul edə bilmə potensialı müəyyən edilir. Embrion transfer günü bu nəticələrə görə tənzim olunur.

ERA Testi süni mayalanma müalicəsində nələri dəyişdirəcək?

ERA testi süni mayalanma müalicələrində, xüsusilə yaxşı keyfiyyətdə embrion əldə edilməsinə baxmayaraq hamiləliyin olmaması və bunun səbəbinin bilinmədiyi xəstələr üçün yeni bir ümid yaradacaq.

Testin tətbiqi yayıldıqca da əldə ediləcək nəticələrə görə yaxın zamanda bütün müalicələrdə dondurulmamış embrionların transferindənsə, ERA testindən sonra dondurulmuş və daha sonradan donu açılmış embrion transferləri həyata keçirmək mümkün olacaqdır.

Dondurulmuş və daha sonrada donu açılmış embrion transferi ilə tibbdə bu sahədə uğurun artacağı gözlənilir. Bu yeni test ilə bu uğuru daha da artırmaq mümkün olacaqdır.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.