Məlum olduğu kimi süni mayalanma müalicəsində olan bəzi xəstələrdə 2 və daha çox sınanmasına baxmayaraq hamiləlik əldə edilməməkdədir. Uğursuzluğun səbəblərinə baxıldıqda ümumilikdə yumurta və sperma inkişafında müşahidə olunan problemlər, embrionun uşaqlığa tutunmadan əvvəl inkişafını dayandırması və ya aşağı keyfiyyətli embrion əldə edilməsi, xromosomal/genetik pozğunluqlar, immunoloji problemlər, uşaqlıq quruluşuna və ya daxili pərdəsinə aid faktorlar kimi səbəblər qarşımıza çıxır.

Günümüzdə adı keçcən bu problemlər səbəbi ilə təkrarlanan süni mayalanma uğursuzluqları yaşamış/yaşayan cütlüklərə fərqli müalicə imkanları (yüksək böyütmə ilə sperma seçilməsi (İMSİ), endometrial kokültür, implantasiya öncəsi genetik müayinə və s.) təklif olunmaqdadır. Bununla birlikdə xüsusilə müəyyən bir qrup xəstələrdə yaxşı embrion keyfiyyəti təmin olunaraq uyğun şərtlərdə embrion transferi edilməsinə (hətta yuxarıda adları çəkilən müalicə seçənəkləri də tətbiq olunmasına) baxmayaraq hamiləlik əldə olunmadığı hallarda, xüsusilə uşaqlıq şəraitinin embrion üçün yaxşılaşdırılması məqsədi ilə son günlərdə hamiləlik vaksini adı verilən üsulun istifadəsi gündəmə gəlmişdir.

Hamiləlik vaksini ilə əsas hədəf uşaqlıq daxili pərdəsinin “xəbərdar” edilərək embrionu daha yaxşı tutmasının təmin olunmasıdır. Bu məqsədlə müalicə sırasında xəstədən alınan qandan immun sistemi üçün vacib olan hüceyrələr ayrılır, laborator şəraitdə özəl bir yerdə böyüdülür, hüceyrələrin bu özəl yer içərisinə fərqli böyümə faktorları və hormonlar ifraz etməsi təmin edilir. Əldə edilən bu nümunə və hüceyrələr ilə embrion transferi öncəsində uşaqlıq daxili yuyularaq embrion üçün daha yaxşı bir şərait yaradılması hədəflənir.

Laboratoriyada əldə edilən, hamiləlik vaksini olaraq da adlandırılan maye embrionların yerləşdiriləcəyi gündən bir gün öncə və ya eyni gün uşaqlıq içinə verilir. Bu işləm uşaqlıq daxilini transfer ediləcək embrionun daha yaxşı tutunması üçün uyğun hala gətirir. Başqa sözlə desək hamiləliyin olmasına köməklik edir.

Hamiləlik vaksinini yaxşı keyfiyyətdə olan embrion transferlərinə baxmayaraq hamiləliklə nəticələnməyən və ya müalicə sırasında endometrium-uşaqlıq daxili pərdəsinin qalınlığının yetərincə artırılamadığı süni mayalanma müalicələrində alternativ bir müalicə yanaşması olaraq tətbiq edirik.

Hamiləlik Vaksini Kimlərə Tətbiq Edilir:

  • Yaxşı keyfiyyətdə olan embrion transfer edilməsinə baxmayaraq süni mayalanma uğursuzluqları yaşayan cütlüklər,
  • Fərqli müalicələrin sınanmasına baxmayaraq hamiləlik əldə etməmiş şəxslər,
  • Uşaqlıq daxili qalınlığının artmadığı, trombofili adlanan laxtalanma problemi olan şəxslər,
  • Polikistik over xəstəliyi olan qadınlar,
  • 35 yaş üzərində xəstələrdə hamiləlik vaksini tətbiq edilir.

Həkimlərimizə sual vermək, ətraflı məlumat almaq və həkimin qəbuluna yazılmaq üçün zəhmət olmasa tıklayın.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.