Histeroskopiya nədir?

Histeroskopiya rəhm (uşaqlıq) içərisində olan polip, miom septum kimi problemlərin birbaşa müşahidə altında diaqnozu və müalicəsi üçün istifadə edilən bir üsuldur. Diaqnostik və sadə əməliyyatlar əməliyyatxana şəraitində 5-7 mm diametrli, uşaqlıq içərisində miom (submüköz miom) və septum (uşaqlıq içərisində pərdə) kimi problemlər 7-9 mm diametrli histeroskoplar istifadə edilərək xəstəxanada edilməkdədir. Histeroskop işıq mənbəyi və kameraya bağlana bilən incə və uzun bir cihazdır. Həkim uşaqlıq içərisini birbaşa olaraq müşahidə edərək əməliyyatı etməkdədir.

Histeroskopiyadan sonra xəstə həmin gün, yaxud ertəsi gün normal fəaliyyətlərinə davam edə bilər

Histeroskopik əməliyyatlar

Polip və miomların çıxarılması

Yapışıqlıqların açılması: Uşaqlıq içərisində aybaşı qanamalarına səbəb olan endometrium səthinin yapışması Asherman sindromu olaraq adlandırılır. Yapışıqlıqlar aybaşı nizamsızlığı və sonsuzluğa səbəb ola bilər.

Septum: uşaqlığın anadangəlmə bir anomaliyasıdır və təkrarlanan düşüklər və ya sonsuzluq ilə əlaqəlidir. Histeroskopiya ilə septum kəsilərək uşaqlıq içi normal bütövlüyü asanca bərpa olunur.

Anormal qanamalar: Həddindən artıq və ağır aybaşının səbəblərinin müəyyənləşdirilməsi və endometriumun yandırılması ilə şikayətlərin azaldılması mümkündür.

Essure: Essure ilə borular və uşaqlıq arasındakı əlaqə kanalı mexaniki olaraq tıxanır. Hamiləlikdən qorunmaq üçün istifadə edilən bu üsul klinikamızda anesteziya altında tətbiq edilir və yarım saatlıq bu əməliyyat sonrası xəstələrimiz heç bir şikayətləri olmadan normal həyatlarına davam edir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.