Implantasiya Öncəsi Genetik Diaqnoz/Müayinə (PGD), süni mayalanma müalicəsi zamanı yaranan embrionun uşaqlığa yerləşdirilməsindən əvvəl genetik quruluşların incələnməsi məqsədi ilə edilən bir prosesdir. Bu proses ilə har hansı bir genetik anomaliya (xromosom və gen səviyyəsində) hamiləlik meydana gəlmədən əvvəl embrion mərhələsində aşkarlana bilir. PGD tətbiqi, bu baxımdan süni mayalanma müalicəsində qarşılaşılan xromosom və ya gen səviyyəsindəki problemlərin hələ embrion transferi edilmədən təsbit edilməsini təşkil edərək, təkrarlanan müalicə uğursuzluqları, genetik pozğunluq daşıyan bir embrion səbəbi ilə yaranmış hamiləliyin sonlandırılmasını və ya xəstə bir uşağın dünyaya gəlməsi sonrasında qarşılaşa bilinəcək fiziki və psixoloji problemlərin qarşısına keçilməsinə koməkçi olur.

Kimlər PGD üçün namizəddir?

Genetik anomlaiyalar erkən dövr embrionlarda çox görülən bir haldır və bu hal İVF müalicələrinə xas olmayıb təbii yolla əldə edilən hamiləliklərdə də gözlənilməkdədir. Lakin, bəzi cütlüklərdə bu anomaliyalar daha çox və daha ciddi səviyyələrdə görülməkdə və nəticədə cütlüklərdə “genetik olaraq normal embrion” çatışmazlığı səbəbi ilə sonsuzluq yarada bilməkdədir. Bu xəstələrdə müalicə uğursuzluğunu və ya erkən dövr hamiləliyin itirilməsi faizini aşağı salmaq və sağlam doğumların sayını artırmaq üçün süni mayalanma müalicəsi nəticəsində yaranan embrionlar PGD üsulları ilə analiz edilməkdə və “normal” genetik quruluşa malik olan embrionlar seçilərək transfer  edilməkdədir.

Sonsuzluq diaqnozuna və xəstənin klinik vəziyyətinə baölı olaraq bir cütlük aşağıdakı hallarda PGD testinə namizəd ola bilir:

Yaxşı embrion keyfiyyətinə baxmayaraq daha əvvəl 2-dən çox uğursuz süni mayalanma müalicəsi keçirdisə;

2-dən çox erkən hamiləlik itkisi yaşayıbsa (süni mayalanma müalicəsi və ya təbii hamiləlikdən sonra);

Ananın yaşı 35-dən yuxarıdırsa;

Iki nəfərdn birində quruluş (struktur) xromosom anomaliyası varsa (translokasiya, inversiya və s.);

Xromosomal olaraq anormal hamiləlik keçmişi varsa ;

Bəzi hallarda PGD, gen səviyyəsində talasemiya, kistik fibrozis və daha bir çox tək gen xəstəliyi anomlaiyası daşıyan embrionların diaqnozunda və bu genetik xəstəliyi daşımayan embrionların seçilərək uşaqlığa transfer edilməsi ilə sağlam bir uşaq sahibi olmaq məqsədi ilə istifadə olunur. Bu hallarda İFV müalicəsinə, sonsuzluq problemlərinin həlli üçün deyil,embrionların genetik müayinəsi və diaqnozu üçün ehtiyac duyulur. Bu yanaşmaya da “ tək gen xəstəlikləri üçün PGD” adı verilir.

Tək gen xəstələri üçün PGD namizədləri ikmlərdir:

Mutasiyası bilinən genetik xəstəlik daşıyıcısı olan cütlüklər;

Keçmişdə tək gen səviyyəsində müəyyən olunan bir genetik hal səbəbi ilə xəstə və ya itirilmiş bir uşağı olan cütlüklər;

Irsi bir genetik xəstəlikləri olan cütlüklər.

Aneuploidiya incələməsi üçün PGD

Aneuploidiya incələməsi üçün PGD,istifadə olunan üsula bağlı olaraq,embrion inkişafının 3 və 5-ci günündə edilən embrion biopsiyası ilə yaranan embrionun bəlli və ya bütün xromosomlar baxımından analizini əhatə etməkdədir.

Laboratoriya şəraitində döllənən bir embrion, inkişafının 3-cü günündə 6-8 hüceyrədən ibarətdir və PGD üçün bu embriondan bir hüceyrə alınaraq embrionun xromosom halı təsbit edilməkdədir. Bu üsul, dünyada ən geniş yayılmış “Aneuploidiya incələməsi üçün PGD” incələməsi üsulu olmaqla bərabər özünə xas avantajları və dezavantajları vardır.

Aneuploidiya incələməsi üçün edilən “klassik PGD” üsulunda ümumilikdə məhdud sayda (5-9) xromosom analiz edilməkdə və embrionun bu xromosomlar üçün “normal” və ya “anormal” olduğu seyilə bilir. Normal embrionların seçimi embrion transferi ilə nəticələnir. Bu üsulun əsl üstünlüyü onun asan olması və qısa nəticə verə bilməsi halında həkimlərin embrionu dondurmadan transfer etmək imkanının olmasıdır. Bunun sayəsində, bu üsul yaxın bir zamanda ən çox seçim edilən PGD üsulu olmuşdur.

Hərtərəfli Xromosom İncələməsi ilə Aneuploidiya incələməsi üçün PGD

Hərtərəfli Xoromosom İncələməsi, embrionların mikroarray texnologiyası ilə hüceyrədəki bütün xromosomlar üçün (23 cüt,24 fərqli xromosom) incələnməsidir. Rutin aneuploidiya incələməsində ən çox istifadə olunan və embrionların FİSH adı verilən üsul ilə məhdud sayda xromosom pozğunluğu baxımından incələndiyi üsul ilə müqayisədə, hərtərəfli xromosom incələməsi sayəsində bütün xromosomlar kəmiyyət və ya quruluş pozğunluqları baxımından incələnə bilir.

Hərtərəfli (əhatəli) Xromosom İncələməsinin klassik PGD ilə aneuploidiya incələməsi ilə müqayisədə üstünlükləri nədir?

Analiz edilə bilən xromosom sayı artdı

Klassik PGD, ümumilikdə 5-9 xromosom analizi üçün nəzərdə tutulur. Bu xromosomlar (21.,13. və 18. xromosomlar kimi) anomaliyalı bir hamiləlik yaradan və ya erkən dövr düşüklərdə çox rastlanan anomaliyaları əhatə edir. Bu yanaşmada digər xromosomlar analiz edilə bilmədiyindən bu xromosomların implantasiya uğursuzluğuna olan qatqılarının da təsbiti mümkün deyil. Hərtərəfli (əhatəli) xromosom üsulunda bir embriondakı 23 cüt xromosomun hamısı incələnə bildiyi üçün embrionun xromosom halı və ya xromosom anomlaiyaların embrionun sonrakı inkişafındakı ola biləcək təsiri detallı və təxmini 98 %-lik bir doğruluq nisbəti təsbit edilir.

Embrion biopsiyasını 3-cü gündən blastosist mərhələsinə ertələnməsi ilə mozaisizm olma ehtimalına bağlı xəta nisbəti azaldılmışdır

Çox oxşar görünmələrinə baxmayaraq, inkişaf edən embriondakı bütün  hüceyrələr eyni xromosomal tərkibə sahib olmaya bilirlər. Bu səbəbdən, “klassik PGD” əhatəsində embrion inkişafının 3cü günündə reallaşdırılan embrion biopsiyası zamanı 8 hüceyrəli bir embriondan alınan hüceyrə, embrionun geridə qalan digər hüceyrələrindən fərqli bir xromosom quruluşuna sahib ola bilir. Bu fərqlilik və fərqlilik ehtimalı, “xromosomal mozaisizm” adlandırılır və erkən inkişaf mərhələsi embrionlarda yayılmışdır. Bu hal, diaqnostik “səhv”lərin də bioloji qaynağıdır. Xromosomal mozaisizmi təsbit etmənin tək yolu embriondan birdən çox hüceyrə almaqdır. Lakin, inkişaf mərhələsindəki bir embriondan birdən çox hüceyrə alınması embrionun inkişafına ciddi olaraq təsir etdiyindən çox da üstünlük verilmir.

Embrionlar blastosist mərhələsinə qədər (embrion inkişafının 5 və ya 6-cı günü) böyüdülərək və birdən çox hüceyrə nümunəsi alınaraq:

a)hansı embrionun ən yüksək implantasiya potensialına sahib olduğunu anlaya bilməkdə;

b)inkişaf blastosistdəki mozaisizm səviyyəsini görə bilməkdəyik. Alınan hüceyrələr 5 və ya 6-cı gün embrionunun trofektoderm (plasentanı yaradacaq olan)təbəsəsinə aid olduğu üçün biopsiyadan sonra fetusa (doğulacaq uşağa) aid hüceyrələr zərər görməmiş və ya həcmi azaldılmamış olur.

Hərtərəfli (əhatəli) Xromosom İncələməsi periodlarında dondurulmuş embrion transferi ilə hamilə qalma şansl artmaqdadır

İnkişaf edən bir embrionun bütün xromosomlarının incələnməsi asan bir xidmət deyildir və bu xidmət üçün müəyyən bir zamana ehtiyac vardır. Əgər embriona 5-ci günün səhərində biopsiya edilmişsə analiz nəticələri 6-cı gündə hazır ola bilir və embrionu dondurmadan transfer etmək mümkündür. Lakin bu dövrü 6-cı günə keçirməklə müalicə baxımından bir sıra mənfi tərəfləri də vardır:

a)5-ci günün səhərində bütün embrionlar blastosist mərhələsinə çatmaya bilərlər, bu səbəblə məhdud sayda embrion hərtərəfli (əhatəli) xromosom incələnməsi üçün uyğun ola bilir.

b)embrionun uşaqlığa “yapışma” gücünün 6-ci gündə azaldığı görülməkdədir. “Xromosomal olaraq normal” bir embrion endometrial səbəblərlə hamiləlik yaratmaya bilir.

Bu cür problemlərdən qaçmaq üçün biopsiya edilmiş5 və ya 6-cı gün embrionlarını donduraraq saxlamaq və daha irəli bir tarixdə təbii quruluşdakı uşaqlığa transfer etmək hərtərəfli (əhatəli) xromosom incələnməsində ən ideal strategiya olaraq məsləhət görülür. Bu yanaşma ilə təkcə hərtərəfli (əhatəli) xromosom incələnməsində analiz edilən embrion sayı maksimuma çıxmaqla kifayətlənməyib, seçilmiş blastosistlərin implantasiya potensialları da təbiiyə yaxın bir uşaqlığa transfer ediləcəyi üçün artmış olur.

PGD tətbiqinə bağlı ehtimal olunan risklər

PGD-nin göstərilən üstünlükləri ilə yanaşı tətbiq edilən üsula bağlı bəzi risklər də mövcuddur:

Biopsiya zamanı hər nə qədər çox düşük olsa da embrionun zərər görmə ehtimalı (0.1 %-dən aşağı) vardır.

PGS, dondurulmuş embrion transferi ilə edilərsə, embrion kriyoprezervasiyası məcburi hala gəlir. Bu halda, yüksək canlılıq nisbətlərinin saxlandığı embrion dondurma proqramlarının tətbiqi lazımdır. Donun açılmasından sonra canlılıq nisbətinin bəlli bir faizdə məhdud qaldığı mərkəzlərdə bu üsul seçilməməlidir.

Transfer edilən embrionun “xromosomal olaraq normal” olması hamiləlik şansını artırır, amma zəmanət verməz. Uğurlu bir hamiləlik üçün bu embrionun “yapışa” biləcəyi sağlam uşaqlıq toxuması da şərtdir.

“ Xromosomal olaraq normal” bir embrion ilə hamiləlik yaranması halında “genetik xəstəliyi olmayan” bir uşağınızın olmasına zəmanət verilə bilməz. FİSH və CGH kimi xromosom səviyyəsində edilən testlər, xromosom səviyyəsindəki anormallıqları və buna bağlı yarana biləcək genetik xəstəlikləri aşkar etmək məqsədindədirlər. Bu üsullar talasemiya,kistik fibrozis kimi gen səviyyəsində olan xəstəlikləri təsbit edə bilmir. Əgər cütlüyün ailələrində bu şəkildə irsi tək gen xəstəliyi varsa “tək gen xəstəliyi üçün PGD” yanaşması düşünülməlidir.

3 və ya 5/6-ci gündə edilən PGD testləri embrionun sadəcə olaraq bu mərhələdəki xromosom halını ortaya qoyar və doğuma qədər heç bir dəyişiklik olmayacağına zəmanət verməz. Lakin, test edilən günlərdən sonra embrionik həyatda spontan olaraq meydana gələ bilmə ehtimalı olan xromosomal dəyişikliklər, inkişaf edən fetustda sadəcə bölgəsəl fərqliliklər yarada bilməkdə, çox hallarda həyati təhlükə yarada biləcək ciddi problemlərə səbəb olmaqdadır.

Embrion biopasiyasının gününə və ya təsbit üçün istifadə ediləcək üsuldan asılı olaraq 2-10 % səhv diaqnoz ehtimalı vardır. Yenə də təcrübəli əllərdə biopsiya blastosist mərhələsində edildiyi zaman diaqnozun səhv olma ehtimalı 3 %-dən aşağıdır.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.