İntra-sitoplazmik morfologiyaya görə seçilmiş sperma inyeksiyası (İMSİ);  şərti İVF mikroskopları ilə müqayisə edildiyində özəl böyütmə texnikası istifadə edilərək spermaların incələnməsinə imkan yaradan bir üsuldur. Bu üsulda istifadə edilən böyütmələr 6000 və üzərinə çıxaraq morfoloji olaraq ən yaxşı spermaların seçilməsinə imkan yaradır. Bu inkişaf etmiş üsul sayəsində sperma hüceyrəsində olan və kromatin stabilliyinin pozulduğu bilinən vakuol kimi bəzi hüceyrə içi halların müəyyən edilməsi  bu defektləri göstərməyən və ya ən az göstərən spermalar ilə İCSİ (mikroinyeksiya) edilir, implantasiya və hamiləlik şansını artırır, erkən düşük riskini azalda bilir.

İMSİ özəlliklə kişi faktoru hallarında və bir neçə dəfə müalicənin təkrar edilməsinə baxmayaraq hamiləlik əldə edilmədiyi hallarda müraciət edilməsi lazım olan bir üsuldur. Spermanın embrion inkişafında payı insanda iki və ya üçüncü gündən sonra artmaqdadır. Çünki embrion spermanın və yumurtanın birləşməsi ilə yaranan yeni genetik quruluş bu müddətdən sonra tam olaraq fəaliyyətə keçər. Sperma və yumurtanın normal və sağlam şəkildə birləşməsinin əsas göstəricisi embrionun blastosist dövrünə qədər yaşamını davam etdirməsidir. Başqa sozlə İMSİ üsulu ilə seçilən və kromatinin daha stabil olduğu düşünülən embrionların blastosist dövrünə çatma şansı digər üsul ilə seçilən spermalardan yaranan embrionlara nisbətən daha yüksəkdir.

İMSİ üsulunun tətbiqi digər üsullara görə daha uzun zaman, təcrübəli personal və nisbətən yüksək maliyət tələb edir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.