“Mikro Filtr” (Mikro Çip) Üsulu İlə Kişi Sonsuzluğunda Yeni Bir Dövr Başlayır!

Bildiyimiz kimi uşaq sahibi olmama, yəni sonsuzluq probleminin %50-sində səbəb olaraq qarşımıza sperma istehsalının olmaması və ya sperma hüceyrələrindəki say, hərəktlilik və şəkil pozğunluqları çıxır.

Günümüzdə sperma istehsalı və keyfiyyəti ilə əlaqəli problemlərin aradan qaldırılması üçün ən geniş istifadə edilən üsul Mikroinyeksiyadır. Bu üsulda özəl yuma və ayırma mərhələlərindən keçən sperma hüceyrələri çox az sayda olsa belə süni mayalanma embrioloji laboratoriyalarda mütəxəssis embrioloqlarımız tərəfindən ən uyğun şəkildə və ən yaxşıları seçilərək işlədilir. Dolayısı ilə bir çox cütlük mikroinyeksiya tətbiqi ilə uşaq sahibi ola bilirlər.

Bununla bərabər az sayda və hərəkətlilikdəki sperma nümunələrində sözü keçən yuma və hazırlama mərhələlərində də sperma hüceyrələrinin bir miqdar zərər görəbilməsi mümkündür. Dolayısı ilə bugün gəldiyimiz mərhələdə son texnologiyanın istifadəsi ilə müalicədə istifadə olunacaq sperma və yumurta hüceyrələrinin mümkün olduğu qədər normal şərtlərə yaxın bir şəkildə işlənməsi və seçilməsi mövcud şansın da ən üst səviyyələrə çıxmasına şərait yaradır.

“Mikro Filtr” üsulu, ticari adı ilə “Fertilite Ultimate”, bir müddətdir ki, bəzi süni mayalanma mərkəzlərində istifadə istifadə olunan “mikro akışkan sperm çip” üsulunun təsir keyfiyyətini daha da artırılması məqsədi ilə yaradılmışdır. Daha çox sperma hüceyrəsinin ayırd edilə bildiyi və klassik üsullarda qarşımıza çıxa bilən DNA pozulmalarının da ən aşağı səviyyəyə endirilə bildiyi bu üsulu Bahçeci Sağlık Grubu olaraq Bakıda müalicə alan xəstələrimizə təqdim edən ilk mərkəz olduğumuz üçün çox xoşbəxtik.

Bu üsul ilə mümkün olan ən yüksək həcmdə semen nümunəsi işləyə bildiyimiz üçün mövcud üsula görə quruluş və genetik olaraq ən sağlam spermaların seçilməsini də ən üst səviyyədə təmin edirik.

“Mikro Filtr” (Mikro Çip) Üsulu Necə Tətbiq Edilir?

Klassik bir süni mayalanma müalicəsində işləm günü alınan semen nümunəsi yuyulma və dəqiqədə 1500-2000 dövr edən sentrafuqa  adlanan özəl cihazların istifadəsi sonrası çökdürülmə ilə həyata keçirilir. Son dövrlərdə aparılan bəzi araşdırmalarda bu tip yuyulma və çökdürülmə mərhələləri nəticəsində sperma hüceyrələrinin daşıdıqları və embriona köçürüləcək genetik quruluşda da (DNA) qırılmalar və zədələnmələrin əmələ gələcəyini göstərir. Mikro Filtr üsulu bütün yuyulma, döndürmə və çökdürülmə mərhələlərinin böyük ölçüdə aradan qaldırıldığı və ən sağlam sperma hüceyrələrinin təbii hala çox yaxın bir yanaşma ilə əldə edildiyi bir üsuldur. Semen nümunəsi xüsusi olaraq hazırlanmış bir mikro süzgəc və kanal köməyi ilə sanki tüblərdən yumurta hüceyrəsinə çatmağa hazırlanırmış kimi bir şəkildə işlənilir və nəticədə əldə edilən spermalar da yumurtanı dölləmə şansı ən yüksək spermalar olaraq seçilmiş olur.

Ən yaxşı spermalar ilə genetik olaraq ən sağlam embrion yaradılması və seçimi eyni müddətdə həyata keçirilə bilir.

Mikro filtr üsulu ilə seçilmiş spermalar, yüksək böyüdücülü mikroskop (İMSİ) istifadə edilməklə quruluş olaraq da əlavə bir seçim mərhələsindən keçilir və inkişaf səviyyəsi ən yüksək və keyfiyyətli olan embrion yaranmasını təmin edir. Xüsusilə daha əvvəl uğursuz müalicə hekayəsi olan (hamiləlik əldə edilməmiş və ya birdən çox düşük yaşanmış) cütlüklərdə yeni nəsil sıralama (NGS) üsulu istifadə edilərək hərtərəfli bir genetik incələmədən də keçirilmək surəti ilə embrionun genetik sağlamlığı da ətraflı dəyərləndirilir. Beləliklə müalicənin mümkün olan ən yüksək şansda hamiləlik ilə nəticələnməsi təmin edilir.

Mikro Çip Üsulu İlə Mikro Filtr Üsulları Arasında Nə Fərqlər Vardır?

Əslində təməl olaraq hər iki üsul genetik baxımdan ən az zədələnmiş sperma hüceyrəsinin seçilməsi üçün hazırlanmışdır. Həyata keçirdiyimiz araşdırmalarda klassik mikro çip üsulu müəyyən bir sayda və hərəkətlilikdə sperması olan hallarda təsiri olacaq şəkildə istifadə edilərkən, “mikro filtr” üsulunda bu şərtlərin böyük nisbətdə ortadan qalxmış olduğunu görürük. Çox daha az sayda sperması olan xəstələrdə də daha təbii və təsirli sperma seçimini təmin etmək üzrə hazırlanmış olduğundan xüsusilə bu istiqamətdə problemi olan cütlüklərin müalicələrində ciddi bir fərq yaradacaqdır.

Süni Mayalanma Müalicələrində Ən Vacib İki Mərhələ : Düzgün Diaqnoz və Düzgün Müalicə Yanaşması

Uşaq sahibi olmamanın çox zaman həm qadın, həm də kişidən dolayı qaynaqlanan bir çox səbəbləri vardır. Sonsuzluq müalicəsində tətbiq ediləcək müalicə növünün uğurlu olması və cütlüyün uşaqlarını sağlam olaraq qucaqlarına ala bilməsi üçün lazım olan vacib mərhələ problemin düzgün olaraq müəyyən edilməsidir. Bu mərhələdən sonra izlənəcək müalicə yolu və üsullarının doğru olaraq tətbiq edilməsi son dərəcə vacibdir. Hər keçən gün inkişaf edən texnologiyayla birlikdə qarşınıza yeni üsullar ilə çıxırıq. Burada xəstələrimizin diqqət 

etməsi lazım olan ən vacib mərhələ müalicədə istifadə olunan üsulların uşaq sahibi olmama problemi üçün doğru üsul olub olmamasıdır. Bahçeci Sağlık Grubu olarak illərdir uğurları və təsirləri təsdiq olunmuş yeni genetik test və üsullar təqdim etməkdəyik və ilk hədəfimiz müraciət edənlərin çox zəhmət çəkmədən mümkün olduğu qədər qısa müddətdə illərdir həsrətində olduqları övladlarını qucaqlarına almalarını təmin etməkdir. Bunu bu mərhələdə bir çox cütlük üçün təmin etməkdən son dərəcə qürurluyuq.

“Mikro Filtr” üsulu bu məqsədlə xüsusilə az sayda və keyfiyyətdə sperma istehsalı görülən çütlüklərdə müsbət nəticə şansını artırmaqda təsirli olaraq istifadə edilə bilən üsuldur. Bu üsul ən sağlam sperma seçiminə dayandığı üçün müalicə müddətində ehtiyac duyulduğunda bir çox əlavə üsul və test ilə birlikdə tətbiq edilə bilir.

Uğura Gedən Yol Davamlı Olaraq Araşdırma və İnkişaf Etməyi Tələb Edir

Süni mayalanma müalicələrində günümüzdə istifadə edilən və şansı artıran üsulların təxmini olaraq hamısında uzun illər davam edən bir araşdırma və inkişafın əhəmiyyətini bilən və bu mövzuda hər gün artan sayda yerli və beynəlxalq quruluş ilə ortaq çalışmalar həyata keçirən qrupuq. “Mikro Filtr” üsulu da bu yanaşma ilə KOEKBiyo texnoloji ilə ortaq çalışma nəticəsində inkişaf etdirilmiş və gözləntimiz hər keçən gün uşaq sahibi olmaq istəyən cütlüklərə yüksək şans təmin edə bilməkdir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 4
TELEFON: 012-598-05-43/49
MOBIL: 055-300-25-82 / 055-300-25-87
FAX: 012-598-05-27
info@sunimayalandirma.az

Bizimlə əlaqə saxlayın

Əlaqə üçün məlumatlarınız yalnız tərəfimizdən və tələb etdiyiniz mövzuda sizinlə əlaqə üçün istifadə ediləcəkdir.