Kişi sonsuzluğunun səbəbləri nələr ola bilər ?

Kriptorxizm adı verilən, uşaqlıq və inkişaf dövrlərinə aid testislərin qasıq kanalı içində qalması, zamanında torbaya enməməsi və düzəldilməsi üçün edilən orxipeksiya əməliyyatı, yırtıq əməliyyatları, testis şişi səbəbi ilə xayanın alınması, sperma daşıyıcı kanalların görüntülənməsinə aid əməliyyatlar, penis, sidik kanalına və ya testislərə aid keçirilmiş əməliyyatlar, kişilərdə sonsuzluğa səbəb ola bilər.

Hormonal çatışmazlıqlar, sistemik xəstəliklər, diabet (şəkər xəstəliyi) sinir sisteminə aid xəstəliklər və bunlara aid keçmişdə edilmiş olan və davam edən müalicələr, keçirilmiş qızdırmalı xəstəliklər, yetkinlik dövründə keçirilən qulaqdibi ilə bağlı yaranan testis iltihablanması (orşit), cinsi əlaqə ilə yoluxan xəstəliklər, vərəm kimi infeksiyalar sperma sayı və keyfiyyəti ilə əlaqədar problemlər yarada bilər.

Eyni zamanda iş yerində və ya ətrafda olan kimyəvi maddələr, qazlar, dərmanlar, çox isti iş mühitləri, radiasiya, spirt və siqaret istifadəsi yoxlanılır. Bu faktorlar sperma istehsalına mənfi təsir göstərdiyi üçün əhəmiyyətlidir.

Kişi faktorunun qiymətləndirilməsi

Sperma sayı, hərəkətliliyi və normal quruluşdakı sperma nisbətində azalma kişi sonsuzluğuna səbəb olur. Ayrıca anatomik pozğunluqlar və cinsi funksiya pozğunluqları da uşaq sahibi olmağı əngəlləyir.

Sperma keyfiyyətinin pozğunluğu və sayının azlığından başqa bəzi kişilərdə heç sperma hüceyrəsi tapılmaz və bu vəziyyətə Azoospermi deyilir. Bu vəziyyətdə sperma kanalları tıxalı ola bilər və ya xayalarda sperma istehsalı ya çox azdır, ya da heç sperma istehsalı yoxdur. Bu vəziyyətə gətirib çıxaran səbəblərin araşdırılması lazımdır.

Diaqnoz əsnasında xəstələrimizdən hormon analizləri genetik araşdırmalar (karyotip analizi, Y mikrodelesyon testi) üçün qan nümunəsi yada radioloji tədqiqlər (testis ultrasonu) tələb edilə bilər. Bütün tədqiqlərin tamamlanmasının və urologiya həkimimizin müayinəsi nəticəsində necə bir müalicə tətbiq ediləcəyi mövzusunda xəstələrimiz ətraflı məlumatlandırılır.

İstehsal pozğunluğuna bağlı azospermik kişilərdə, sperma tapmaq məqsədiylə testislərdə mikro-TESE üsuluyla sperma araşdırması aparılır. Tıxanıqlıqla bağlı vəziyyətlərdə testis kanallarında mikroskopik üsulla (MESA) və ya testisdən iynə ilə sperma əldə edilir (TESA).

Çoxalma kanalını tıxayan anatomik pozğunluqlar spermanın axışına qismən və ya tamamilə maneə törədərək də sonsuzluğa səbəb ola bilər. Bu pozuqluqların bir qismi doğuşdan, digər bir qismi də genetik qüsurlar səbəbiylə yaranır. Bəzi hadisələrdə isə urogenital yolun iltihabı ya da infeksiyadan sonra ortaya çıxa biləcəyi müşahidə edilməkdədir.

Varikosel, testislərin yerləşdiyi kisənin içində genişlənmiş damarların olmasıdır. Bu vəziyyət sperma keyfiyyətinin azalmasına yol aça bilər. Sonsuzluq problemi olan kişilərin 21 faizi ilə 40 faizində ola bilən varikosel lazım olduqda əməliyyat ilə müalicə edilə bilər.

Mikro TESE üsulu

Sperma istehsal pozğunluğuna bağlı azoospermik kişilərdə, testis toxumasından sperma araşdırılması üçün tətbiq olunan üsuldur. Əməliyyat mikroskopu vasitəsi ilə sperma çıxara biləcək olan kanalcıqlar testis içərisində araşdırılaraq seçilən bölgələrdən nümunələr alınır. Üstünlükləri, testisten çox kiçik parçaların alınması, istehsal edilən yerləri seçmə imkanı təmin etməsi səbəbiylə yüksək nisbətdə sperma tapma müvəffəqiyyəti, damar quruluşuna az zərər verilməsi olaraq sıralana bilər.

Mikro-TESE  əməliyyatını edəcək həkimin təcrübəsi və hansı sıxlıqda bu əməliyyatları həyata keçirdiyi, sperma tapma müvəffəqiyyəti baxımından son dərəcə əhəmiyyətli və diqqət edilməsi lazım olan bir mövzudur

IMSI

Yüksək böyütmə altında sperma seçmə üsuludur. 8 – 10.000 qat böyütmə təmin edilərək sperma içərisində yerləşən hüceyrələr araşdırılaraq normal və sağlam spermalar mikroenyeksiya üçün seçilməyə çalışılır. Spermanın morfoloji quruluş pozğunluqlarında və təkrarlanan mikroenyeksiya müvəffəqiyyətsizliklərində istifadə edilən bir üsuldur.

Spermanın DNT quruluşunun araşdırılması

Embrion keyfiyyəti ilə əlaqədar problem yaşanan, sperma sayı və morfologiyası yüngül dərəcədə keyfiyyətsiz olan kişilərdə spermanın DNT quruluşu ilə əlaqədar zədə ola bilər. Bunu qiymətləndirmək üçün irəli araşdırma texnikaları lazımlı ola bilər (TUNEL test). Bu testdən sonra yüksək nisbətlərdə zədəli DNT quruluşu görülən kişilərdə testis toxumasından sperma əldə edilərək Mikroenyeksiya xidməti tətbiq oluna bilər.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 4
TELEFON: 012-598-05-43/49
MOBIL: 055-300-25-82 / 055-300-25-87
FAX: 012-598-05-27
info@sunimayalandirma.az

Bizimlə əlaqə saxlayın

Əlaqə üçün məlumatlarınız yalnız tərəfimizdən və tələb etdiyiniz mövzuda sizinlə əlaqə üçün istifadə ediləcəkdir.