Kişilərdə sonsuzluğun müşahidəsi və müalicəsi

Son illərdə tətbiq olunan texnikalar ilə sürətli bir inkişaf meydana gəlmişdir. Xüsusilə mikroenyeksiya texnikası əvvəllər müalicə edilə bilməyən kişiyə aid bir çox sonsuzluq faktorunun həllini təmin etmişdir. Sonsuzluq problemində kişinin müşahidəsinin mütləq bir uroloji/androloji mütəxəssis tərəfindən edilməsi çox böyük əhəmiyyət kəsb edir. Görüş əsnasında cütlüklərin kişi sonsuzluğunun səbəbləri və müalicə üsulları haqqında ətraflı məlumat verilərək müalicədən əvvəlki proseslər və müalicə mövzusunda məlumatlandırılması lazımdır

İlk müşahidə vaxtı tələb olunan məlumatlar

Daha əvvəl tətbiq olunmuş müalicələr:

Xəstənin ilk müşahidəsində sonsuzluğun müddəti, daha əvvəl tətbiq olunan müalicələr və nəticələri qiymətləndirilməkdədir. Bu səbəblə xəstələrin keçmişdəki aldıqları müalicələrlə bağlı, təhlil və test nəticələri kimi bütün sənədlərini saxlamaları lazımdır. Bununla birlikdə cinsi əlaqə və masturbasiya tezliyi, ereksiya (penisin cinsi əlaqə üçün sərtləşməsi) problemləri, erkən boşalma, spermalar üçün zərərli ola biləcək sürüşkənləşdirici maddələrin istifadəsi, cinsi əlaqənin yumurtlama gününə görə zamanlanması kimi cütlüklər arasındakı əlaqənin qiymətləndirilməsi də yenə ilkin müşahidə zamanı aydınlaşdırılır.

Keçirilmiş xəstəliklər:  Kişilərdə sonsuzluğa uşaqlıq dövründə keçirilmiş xəstəliklərdən daha sonra ortaya çıxacaq bir çox sistemik xəstəlik səbəb ola bilər. Bu səbəblə ilkin müşahidə zamanı uşaqlıq və inkişaf dövrlərinə aid kriptorxizm (testislərin qasıq kanalı içində qalması, zamanında kisəyə enməməsi) və düzəldilməsi üçün edilən orxipeksiya əməliyyatı, yırtıq əməliyyatları, testis şişi səbəbi ilə xayanın götürülməsi, sperma daşıyıcı kanalların görüntülənməsinə aid əməliyyatlar, penisə, sidik kanalına və ya testisərə aid keçirilmiş əməliyyatlar haqqında məlumat alınır. Sistemik xəstəliklərlə bağlı araşdırmada diabet (şəkər xəstəliyi), sinir sisteminə aid xəstəliklər və bunlara aid keçmişdə alınmış və hələ də alınan müalicələr araşdırılır. Sonsuzluqla bağlı daha dəqiq qərar vermək üçün qızdırmalı xəstəliklər, yetkinlik dövründə keçirilən qulaqdibi ilə bağlı yaranan testis iltihablanması , cinsi əlaqə ilə yoluxan xəstəliklər, vərəm kimi iltihablı xəstəlik səbəbləri də soruşulur.

İş və yaşayış şərtləri:  Kişilərdə sonsuzluğa iş yeri, işləmə şərtləri kimi bir çox faktor səbəb ola bilməkdədir. İş yerində və ya ətrafda olan kimyəvi maddələr, qazlar, dərmanlar (kimyaterapiya dərmanları, simetidin, sulfasalazin, nitrofurantoin, testosteron preparatları), tez-tez qəbul edilən isti duşlar və ya isti iş mühitləri, radiasiya, spirtli içki və siqaret istifadəsi qiymətləndirilir. Kişi sonsuzluğunda bu faktorlar sperma istehsalına mənfi təsir göstərdiyi üçün əhəmiyyətlidir.

Genetik uyğunluq: Ailəvi sonsuzluq keçmişinin olması yəni bir neçə qardaşda bənzər problemlərin olması və ailədə kiçik yaşda ölən qardaşların olması kişilərdə sonsuzluq səbəbləri arasında araşdırılır.

Bunlardan başqa tez-tez yaranan tənəffüs yolu iltihabları, qoxu alma qüsuru, döş başlarından süd kimi ağ maye gəlməsi, şiddətli baş ağrıları həkiminizi məlumatlandırmağınızın vacib olduğu problemlərdəndir.

Tələb olunan tədqiqlər kişi sonsuzluq vəziyyətinə görə müxtəlif ola bilər

Kişilərdə sonsuzluq vəziyyətinə görə müxtəlif tədqiqlərin tələb edilməsilə yanaşı ümumi olaraq spermoqram (semen analizi), hormon tədqiqləri (FSH, LH, BID, Total testosteron) və lazım olduqda isə testis ultrasonu, transrektal ultrason, genetik araşdırma, sperm kültürləri istənilərək qiymətləndirmə aparılır.

Təməl olaraq edilən bu testlərdən sonra cərrahi müalicə və ya dərman müalicəsi ilə düzəldilə biləcək bir vəziyyət olub olmadığı aydınlaşdırılacaq olan kişiyə aid müalicə variantları qərarlaşdırılır.

Semen Analizi:  Ancaq kişidə sperma istehsalına müxtəlif faktorların təsir edəcəyi üçün mütləq 2-3 fərqli zamanda götürülmüş semen analizinə görə məlumat verilməsi lazımdır. Laboratoriyalar arası tam bir standartlaşdırma olmadığından nəticələrin və xüsusilə də sperma morfoloji nəticələrinin çox fərqlilik göstərməsi səbəbiylə xəstələrimizdən dəyərləndirərkən xüsusilə öz laboratoriyamızda götürülmüş ən az bir sperma analizini də istəyirik.

Sperma nümunəsi vermək üçün ən az 72 saat, ən çox 120 saat cinsi əlaqədə olmadan və ya boşalma olmadan (cinsi pəhriz) mərkəzə müraciət etmək lazımdır. Tədqiq nəticəniz ertəsi gün veriləcək. Semen analizi tədqiqi 3-4 həftə ara ilə ən az 2-3 dəfə tələb oluna bilər.

Hormon Analizləri:  Hormon analizlərinin ideal olaraq səhər saatlarında edilməsi lazımdır. Ancaq Bakı xaricindən gələn cütlüklərin zaman darlığı səbəbi ilə axşam saatlarında da analizləri tələb oluna bilər. Vəziyyətə görə analizlər 1-2 dəfə təkrarlana bilər.

Testis Ultrasonografiyası, Transrektal Ultrasonografiya: Lazım gəldiyi təqdirdə həkiminiz tərəfindən tələb oluna bilər.

Genetik Analiz: Sperma sayının çox az olması və ya heç olmaması vəziyyətində yaxud təkrarlanan süni mayalanma müvəffəqiyyətsizliklərində kişilərdən istənilir. Bu araşdırma, qan nümunəsi alınaraq edilməkdədir.

Kişi sonsuzluqlarında genetik araşdırmaların əhəmiyyəti

Şiddətli kişi sonsuzluğu diaqnozu qoyulmuş, başqa bir deyimlə sperma sayı millilitrdə 1 milyon və altında olan və ya sperma analizində heç sperma müşahidə olunmayan (Azoospermi) kişilərdə mövcud problemin genetik bir qaynağı olub olmamasının mütləq araşdırılması lazımdır. Azoospermidə genetik faktorların təqribən %10-15 məsul olduğu bilinməkdədir. Son illərdə kişi sonsuzluğuna yol açan yeni genlərin ortaya çıxmasıyla genetik araşdırmaların əhəmiyyəti artmışdır. Kişidə olan seks xromosomlarından Y xromosomunun uzun qolu üzərindəki genlərdəki silinmələr, insanın bədən quruluşu və funksiyaları tamamilə normal olmasına baxmayaraq testistə sperma istehsalının azalması və ya heç sperma istehsal edilməməsinə gətirib çıxarmaqdadır. Eyni şəkildə yenə seks xromosomlarındakı say anomaliyaları; məsələn ən çox görülən 47 XXY “Klinefelter Sindromu” olaraq adlandırılan genetik xəstəlikdə da testis inkişafı qeyri-kafi qalmış və sperma istehsalı azalmışdır.

Sperma daşıyıcı kanalların doğuşdan olmadığı, konjenital vaz deferens yoxluğu vəziyyətində kistik fibroz xəstəliyi daşıyıcılığı riski yüksəkdir. Kistik fibroz daşıyıcılığı müəyyən olunan kişilərin həyat yoldaşları də eyni istiqamətdə araşdırılmalıdır. Cütlüklərin birlikdə xəstəlik daşıyıcısı olmaları halında körpədə erkən dövrdə həyati təhlükələr meydana gətirən bu xəstəliyin ortaya çıxma riski artmaqdadır.

Azoospermik kişilərdə testisdən sperma əldə etmə üsulları:

TESE (Testicular Sperm Extraction): Açıq əməliyyat ilə alınan testis toxumasından sperma əldə edilməsi əməliyyatıdır.

TESA (Testicular Sperm Aspiration): İynə ilə girilərək testis toxumasından sperma əldə edilməsi əməliyyatıdır.

MESA (Micro-Epididymal Sperm Aspiration): Epididim orqanından əməliyyat mikroskopunun köməyiylə sperma əldə edilməsidir.

PESA (Percutaneous Epididymal Sperm Aspiration): Epididim orqanından iynə ilə girilərək sperma əldə edilməsi əməliyyatıdır.

Mikro TESE (Microdissection TESE):  Testisdən mikroskopla sperma əldə etmə metodudur və son illərdə daha geniş şəkildə istifadə edilməkdədir. Mikro TESE üsulunu üsulunda xayanın və epididim orqanının araşdırılması əməliyyat mikroskopu ilə aparılır. Bu mikroskoplar vasitəçiliyi ilə 20-25 qat böyütmə ilə testis içərisindəki “tubul” adı verilən kanalcıqlar araşdırılmaqdadır. Bu sayədə sperma istehsalı olan bölgələrin təsbiti və o bölgələrdən toxuma nümunələrinin alınması asanlaşmaqdadır. Bu səbəbdən  müvəffəqiyyət şansı əvvəllər tətbiq olunan çoxlu biyopsiya üsulundan daha yüksəkdir və daha çox sayda sperma əldə etmə mümkün olmaqdadır. Kişinin testisindən toxuma itkisi mikro cərrahi üsulda çoxlu biyopsiya üsuluna görə 70 qat daha az olmaqdadır. Bu da əməliyyatdan testislərin ən az şəkildə zərər görməsini təmin edərək, testosteron hormonu ifrazına minimal təsir etməkdədir. Mikroskop altında tətbiq edilən mikro cərrahi üsulun digər bir üstünlüyü testis toxumasını əhatə edən kapsuladakı damar quruluşunun görülərək, testisi bəsləyən damarlara zərər vermədən kəsik edilməsidir. Bu, əməliyyatdan sonra ola biləcək mənfi təsirləri minimal səviyyəyə endirməkdədir.

Əməliyyatdan əvvəl cinsi pəhriz lazım olmur. Mikro TESE əməliyyatxana şərtlərində və əsasən ümumi anesteziya altında həyata keçirilir. Əməliyyata 6 saatlıq aclıq ilə gəlmək lazımdır. Təxminən 1-2 saat davam edən əməliyyatdan sonra xəstə 3-4 saat müşahidə altında saxlanılır. Evə buraxıldıqdan sonra da 3-4 gün ev istirahəti tövsiyə edilir. Xəstənin 10 gün ərzində ağır bir işlə olmaması və fiziki fəaliyyətlə məşğul olmaması lazımdır.

Hansı azospermik şəxslərdə Mikro TESE mühümdür?

Xüsusilə Klinefelter s Sindromu olaraq adlandırılan və cəmiyyətdə təqribən doğulan 500 kişinin birində təsbit edilən genetik xəstəlikdə. Bu sindromda, testis ölçüləri normalın altındadır (2-3 ml həcmdə), testosteron (kişilik hormonu) səviyyəsini aşağıdır və spermanın olmamasına (azoospermia) bağlı olaraq sonsuzluq mövcuddur. Bu şəxslərdə bəzən fiziki görünüş və bədən funksiyaları tamamilə normal ola bilir. Mikroskopla tətbiq edilən Micro-TESE üsulunda xüsusilə testisi çox kiçik olan və keçmişdə sperma tapılması baxımından çox riskli olaraq qəbul edilən bu qrupda %50 nisbətində sperma əldə etmə şansına nail olunmuşdur.

Tıxanıqlığa bağlı azoospermilərde sperma əldə etmə üsulları

Tıxanıqlığa bağlı olaraq sperma çıxışı olmayan kişilərdə epididimdən və ya testisdən sperma əldə etmə üsuludur. Bu üsullardan MESA əməliyyat mikroskopu istifadə edilərək xayanın üst qisimində olan sperma toplayıcı kanallardan sperma əldə edilməsi üsuludur. TESA əməliyyatı isə testisdən sperma çəkilməsi üsuludur və iynə yolu ilə dəridən testisə daxil olaraq sperma əldə edilməyə çalışılır.

Dondurulmuş spermalar yenidən istifadə edilə bilərmi?

Xayadan (testisdən) sperma əldə etmə üsullarından sonra sperma tapılsa və mikroenyeksiya üçün yumurtalar hazırdırsa həmin gün əməliyyat gerçəkləşir. Spermanın artıq olanları dondurularaq saxlanmaqdadır. Dondurulan spermaların təkrar istifadə üçün donu açıldıqda müvəffəqiyyət şansını artırmaq üçün yalnız hərəkət edən spermalar seçilərək mikroenyeksiyada istifadə edilməkdədir. Bu səbəblə spermaların donu açıldıqdan sonra hərəkətli olub olmadıqları çox əhəmiyyət kəsb edir. Əgər hərəkətli sperma tapılmazsa kişilərin yenidən TESE əməliyyatı olma riski var. Ancaq, bu əməliyyatın ilk əməliyyatdan ən az 5-6 ay sonra edilməsi tövsiyə edilməkdədir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.