laparoskopiyaLaparoskopiya, işıq məmbəyi və kamera bağlanmış incə optik bir tüp köməyi ilə pelvik orqanlarının müşahidəsində istifadə edilənbir alətdir. Ənənəvi cərrahi üsulları müəyyən uzunluqda kəsiklər edilərək reallaşdırılmaqda ancaq, laparoskopiya tətbiqi diametrləri yalnız 5 mm. və / və ya 1 sm. ölçüsünə kiçik kəsiklər istifadə edilərək reallaşdırılmaqdadır. Bu cihazla edilən əməliyyatlara da Laparoskopik Cərrahiyyə deyilir.

Tətbiq Səbəbləri

-Sonsuzluq diaqnozu və müalicələrində
-Endometriozis müalicələrində
-Boru cərrahiyyəsi şəklində adlandırılan, borulara aid tıxanmaların açılması və ya zədəli boruların çıxarılması əməliyyatlarında
-Miom müalicələrində
-Yumurtalıq kistalarının müalicəsində
-Sterilizasiya əməliyyatlarında (hamiləlikdən qorunma məqsədli boruların bağlanması)
-Histerektomiya əməliyyatlarında (rəhmin çıxardılması)
-Pelvik problemlər adlandırılan, rəhm sallanması, sidik qaçırma
-Sidik kisəsinin sallanması, vagina sallanması, xroniki ağrı müalicələrində tətbiq edilməkdədir.

Əməliyyat Prosesi

Laparoskopik əməliyyatların əksəriyyətində, xəstənin gecə xəstəxanada qalmasına ehtiyac olmur. Xəstə anesteziyanın təsirindən çıxdıqdan sonra evinə gedə bilər. Kəsilərək edilən açıq əməliyyatlarla müqayisədə Laparoskopiya tətbiqinin ən böyük üstünlüyü budur. Əməliyyat əksər hallarda ümumi anesteziya altında aparılır.

İlk olaraq göbək dəliyi kəsilir və Laparoskop bu bölgədən daxil edilir. Qarın içi orqanların müşahidəsini asanlaşdırmaq üçün qarın karbon qazı verilərək şişirdilir. Laparoskopa taxılı kamera vasitəsilə lazımlı bölgələr ekrana əks etdirilir və əməliyyatlar ekrana baxılaraq həyata keçirilir.

Sağalma Prosesi

Əməliyyat sonrasında ümumi anesteziyanın təsirlərinin keçməsi üçün xəstələrimiz palatalara aparılır. Bulantı və xüsusilə çiyində hiss edilən bir ağrı meydana gələ bilər. Həmin gün xəstə evinə gedə bilər, lakin avtomobil sürməməsi xüsusilə tövsiyə edilir.

Kəsik yerlərində, çiyin və kürəkdə hiss edilən ağrılar bir neçə gün davam edə bilər. Bulantı, qusma və ağrıların davam etməsi halında həkiminizə xəbər verməyiniz məsləhətdir. Əməliyyatdan bir həftə sonra həkiminiz sizi klinikada müayinə edəcək.

Müsbət və Mənfi Təsirləri

Laparoskopiya tətbiqləri təcrübəli əllərdə etibarlı bir əməliyyat şəklidir. Hər cərrahiyyə əməliyyatında olduğu kimi laparoskopik əməliyyatlarda da əməliyyat nə qədər mürəkkəb olarsa, fəsad olma ehtimalı da o qədər yüksəkdir. Həkiminiz sizi edəcəyi əməliyyat və nəticələri haqqında məlumatlandıracaq.

Laparoskopiya tətbiqinin ən əhəmiyyətli üstünlükləri, xəstəxanada qalma müddətinin qısa olması, əməliyyat sonrası daha az ağrı və sürətli sağalma müddətidir. Kiçik kəsik daha yaxşı kosmetik nəticə deməkdir.

Əməliyyat lazım olarsa “açıq” əməliyyata çevrilə. Bu səbəblə sağalma müddətiniz uzana bilər.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.