Yardımçı reproduktiv üsullarda ən yeni və son çarə olaraq müraciət edilməsi lazım olan mikroinyeksiya üsulunun 90-cı  illərin əvvəlində inkişafıyla birlikdə süni mayalanma müalicəsində bir inqilabın baş verməsini demek olar. Bir yumurtanın normal olaraq döllənə bilməsi üçün tək bir sperma hüceyrəsi yetərli ola bildiyi üçün mikroinyeksiya üsulu ilə çox az sayda sperma sayına sahib kişilərin belə uşaq sahibi olmalarına ehtimal yaradılır.

Mikroinyeksiya üsulu nədir?

Bu üsulla döllənmə kişidən əldə olunan tək bir sperma hüceyrəsinin yumurta içərisinə yeridilməsi ilə həyata keçir. Bu üsuldan istifadə edilərək normal şərtlərdə xidmətə alınan yumurtaların 50-90 %-i uğurlu bir şəkildə döllənməkdədir.

 Mikroinyeksiya kimlərə tətbiq edilir?

Sonsuzluq diaqnozu qoyulan cütlüklərdə Uşaqlıq Daxili İnseminasiya (İUİ) və ya digər klassik müalicə üsulları (boruların açılması) cavab vermədiyi zaman iki seçim düşünülməkdədir. Bu üsullardan biri süni mayalanma, digəri isə mikroinyeksiya üsuludur. Süni mayalanma üsulunda sperma və yumurta hüceyrələri ana bətnindən kənarda və laboratoriya şəraitində bir araya gətirilir və döllənmə bu şərtlər altında həyata keçirilir. Sperma sayı, sperma keyfiyyəti və yumurta sayı bəlirli keyfiyyət kriteriyalarının üstündə olan cütlüklərə mərkəzimizdə süni mayalanma üsulu tətbiq edilməkdədir. Sperma sayı, hərəkətlilik və digər səbəblərdən dolayı bəlirli kriteriyalara sahib olmayan və ya əvvəlki süni mayalanma müalicələrində döllənmə problemiylə qarşılaşan cütlüklərə mikroinyeksiya üsulu tətbiq edilir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.