Süni Mayalanma müalicəsini şansa etibar etməyin

Yeni Nesil Dizileme (NGS) ve Mitoscore texnologiyası ilə daha yüksək nailiyyət əldə etmək imkanı Bakıda ilk olaraq Bahçeci’də!

Kompleks Xromosom Darama Tətbiqində Yeni bir Dövr
Yeni Nəsil Dizileme (NGS) ve Mitoscore ® texnologiyası  Bahçeci’də!

Günümüzdə embriona aid bütün xromosomların  (23 cüt, 24 fərqli xromosom tipi) araşdırılmasına imkan verən müqayisəli genomik hibridləşmə (kısaca aCGH) metodu ile həyata keçirilən implantasiya öncəsi darama tətbiqləri, artıq yerini genetik şifrənin  daha ətraflı araşdırıla bildiyi “Yeni Nesil Dizileme-Next generation Sequencing” (qısaca NGS) metoduna verir.

NGS texnologiyası bir çox üstünlükləri də özü ilə gətirir. Yeni nəsil diziləmə texnologiyası, xromosom səviyyəsində problemlər olmayan və hamiləlik meydana gətirmək tutumu ən yüksək olan embrionların daha sağlam aşkarlanması,  cütlüklərdə gen səviyyəsində olan bəzi pozuqluqların xromosom pozulmaları ilə eyni zamanda aşkarlanmasını təmin edə bilir.  Son dərəcə sürətli inkişaf edən bu texnologiyanın tətbiqi əslində xəstələrin xərclərinin də zamanla azalmasını hədəfləyir.

Texnologiyanın digər bir üstünlüyü, yalnız embrionun hüceyrə nüvələri içində saxlanan genetik şifrəsini deyil, eyni zamanda mitoxondri adlandırılan və sağlam bir hamiləlik üçün lazım olan qisimdəki genetik şifrəni də araşdırmasıdır. Yəni yeni nəsil diziləmə texnologiyası və Mitoscore ® adlanan bu əlavə test ilə hər iki yapıda sağlam olan embrionun uşaqlığa transferindən sonra embrionun uşaqlığa yapışma şansını 80%-ə qədər artırmaq mümkündür. Başqa cür desək bu texnologiya artıq yalnız genetik analiz olaraq deyil, eyni zamanda daha sağlam və güclü embrionların seçimi üçün də köməkçi olur. Buna uyğun olaraq xromosom səviyyəsində bir problem görülməyən, lakin Mitoscore ® araşdırması nəticəsində pis nəticə alınan blastosist səviyyəsindəki embrionların transplantasiyası sonrası əldə edilən hamiləlik nisbətləri isə təəssüf ki, 18%  civarında qala bilir.

Bahçeci Sağlamlıq Qrupu olaraq əsas məqsədimiz hər zaman klinik tədqiqatlarda xəstənin faydası üçün göstərilən yeni texnologiyaları və tətbiqləri dünyadakı nüfuzlu mərkəzlər ilə eyni zamanda xəstələrimizə təqdim etməkdir. Bu düşüncədən hərəkət edərək, mərkəzi İspaniyada olan və dünyanın saylı genetik diaqnoz xidməti təqdim edən şirkətlərindən olan Igenomix ilə reallaşdırdığımız məhsuldar bir ortaq iş nəticəsində  2016-cı il Martıdan etibarən NGS və Mitoscore ® texnologiyalarını, bu texnologiyalardan prioritetli olaraq faydalana biləcək əhatəli xromosom daraması həyata keçirilməsi planlaşdırılan xəstələrimizə təqdim etməkdən xoşbəxtlik duyuruq.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 4
TELEFON: 012-598-05-36/43/49
MOBIL: 055-300-25-82 /  055-300-25-87
FAX: 012-598-05-27
info@sunimayalandirma.az

Bizimlə əlaqə saxlayın

Əlaqə üçün məlumatlarınız yalnız tərəfimizdən və tələb etdiyiniz mövzuda sizinlə əlaqə üçün istifadə ediləcəkdir.