Sonsuzluq və süni mayalanma müalicəsinə başlamazdan öncə  bu barədə məlumat almaq zəruri haldır.

Uşaq sahibi olmağı planlayan cütlüklərin etməli olduqları ilk şey birlikdə fiziki vəziyyətlərinin dəyərləndirilmələridir. Doğuma təsir edəcək faktorlara diqqət etmək də son dərəcə vacib amillərdəndir. Məlumatlı olmaq sayəsində istər təbii üsullarla, istərsə də yardımçı reproduktiv üsullarla hamilə qalma şansı da artmaqdadır.

Sonsuzluq müalicəsində irəliləyişlər olmuşdur.

Uşaq sahibi olmaq üçün göstərilən bütün səylərə baxmayaraq arzu olunan nəticə əldə edilmirsə sonsuzluq müalicəsi mövzusunda daha çox vaxt itirmədən bir mütəxəssisə müraciət etməkdə fayda vardır. Yardımçı reproduktiv müalicələrdə bugün istər elmi, istərsə də texnologiya baxımından son dərəcədə əhəmiyyətli şəkildə irəliləyişlər olmuşdur. İlk vaxtlarda edilən müalicə üsulu son dərəcə məhdud şəkildə idisə, indiki dövrdə müasir texnologiya və elmin inkişafı ilə bir sıra alternativ üsullardan istifadə olunur.  Özəlliklə son 5-6 il ərzində klinikaların rutin müalicə üsulları arasına girməyi bacaran yeni texnologiyalar klassik süni mayalanma müalicələrinin şəklini və konseptini də tamamilə dəyişdirmişdir. Bu inkişaf sayəsində yardımçı reproduktiv üsullarla uşaq sahibi olma şansı da artmışdır.

Bu şəraitdə geriyə qalan tək bir şey uyğun müalicə üsulunun, düzgün mərkəzin və əsas olaraq buna səbəb olan halın doğru şəkildə təsbit edilməsidir.

Bahçeci Sağlık Grubunun mərkəzlərində süni mayalanma müalicəsinə başlamazdan əvvəl, müalicə sırasında və xəstənin istəyinə bağlı olaraq müalicədən sonra yarana biləcək suallaravızı cavablayaraq sizə məsləhətlər verilir.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.