Bir cütlüyün hər hansı bir digər üsullardan istifadə etmədən yetərli müddətlə (həftədə 2-4 dəfə) cinsi münasibətdə olmalarına baxmayaraq, bir illik zaman içində hamiləlik olmaması halı sonsuzluq əlaməti olaraq bilinməkdədir.

Həm kişiyə, həm də qadına aid səbəblərə bağlı olaraq ortaya çıxa bilən sonsuzluq bugün qadınların 10-15 %-nə təsir etməkdədir. Sonsuzluğun ortaya çıxmasında qadına və kişiyə bağlı faktorların nisbəti 40 %-dir. Bununla belə bəzi xəstələrədə həm kişi, həm də qadınla bağlı olan səbəblər bərabər nisbətdədir. Edilən bütün araşdırmalara baxmayaraq bir qrup cütlüklərdə isə əsas səbəb məlum olmur. Bütün sonsuz cütlüklərin 10 %-i səbəbi məlum olmadığı üçün izah oluna bilməyən sonsuzluq qrupuna daxildir.

Sonsuzluğun səbəbləri

Keçirilmiş infeksiyalara bağlı olaraq boruların bağlı olması, uşaqlığın anadangəlmə şəkil pozğunluqları, miomlar, kişilərdə sperma kanallarının yoxluğu kimi qadın və ya kişilərdə anatomik problemlərin varlığı.

Polikistover sendromu kimi yumurtlama pozğunluqları.

Müalicə edilməmiş guatr, nəzarətdə olmayan diabet xəstəliyi kimi hormonal və ya metabolik səbəblər.

Sperma sayı, hərəkət azlığı, şəkil pozğunluğu kimi sperma parametrlərindəki pozğunluqlar və ya heç sperma tapılmaması.

Genetik səbəblər:

Vaginismus, ereksiya və ya boşalma problemləri kimi cinsi əlaqəyə girə bilməmək problemi.

 Kişiyə bağlı sonsuzluq səbəbləri
 Varikosel 42.2 %
 Səbəbi bilinməyən 22.7 %
 Tıxanıqlıq 14.3 %
 Enməmiş testis 3.4 %
 İmmunoloji 2.6 %
 Ejekulatuvardisfunkisya 1.3 %
 Dərman/radiasiya 1.1 %
 Endokrinoloji 1.1 %
 İnfeksiya 0.9 %
 Seksual disfunksiya 0.3 %
 Sistemik xəstəlik 0.3 %
 Sertolicell-only 0.2 %
 Ultrastruktueldfefekt 0.2 %
 Genetik 0.2 %
 Testis xərçəngi 0.1 %

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.