Süni Mayalanma Müalicə Müddəti

Süni mayalanma müalicəsi profesional bir qrupun çalışması nəticəsində həyata keçirilə bilən bir müddətdir. Uğurlu bir nəticə əldə etmək üçün bu müalicənin mütləq Ginekoloq (Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssis), Androloq (uroloji mütəxəssisi), embrioloq, tibb bacısı və köməkçi personaldan ibarət multidissipliner bir qrupun işləməsi ilə həyata keçirilməsi lazımdır.

Müalicə müddətini aşağıdakı şəkildə mərhələlərə bölmək mümkündür.

İlk addım. Həkim ilə cütlüyün görüməsi (Bahçeci Sağlık Grubu mərkəzlərində ilk görüşməyə gələrkən..)

İlk görüşmədə sonsuzluğun səbəbləri  izah edilərək analizlər barədə xəstəyə məlumatların verildiyi müalicənin ən vacib pillələrindən biridir. Ilk müayinədə kişinin də mütləq xanımının yanında olması vacibdir.

Klinikaya gələrkən xəstə o zamana qədər edilmiş olan bütün analiz cavablarını, keçirilmiş əməliyyatlara və ya sonsuzluq müalicələrinə aid məlumatları özü ilə bərabər gətirməlidir. Ayrıca, cütlüklərdə ürək xəstəlikləri, diabet kimi fərqli bir xəstəliyin varlığı halında da bunlarla əlaqəli məlumatların da həkimə çatdırılması lazımdır.

Ilk müayinə üçün aybaşının müəyyən bir günündə olma zəruriliyi yoxdur. Hər hansı bir gündə də bu dəyərləndirmə edilə bilir.

Ətraflı ginekoloji müayinə və ultrason edilməsinin ardından son 1 il içində edilməmişsə smear testi alınmaqdadır. Ayrıca, ehtiyac olarsa əlavə testlər də istənilə bilir.

Həkimin məsləhət gördüyü hallarda genetik mütəxəssisi, uroloq, embrioloq, klinik psixoloq, qidalanma və metobolizma mütəxəssisi görüşmələri planlanaraq xəstənin ümumi vəziyyəti dəyərləndirilir.

Hədəf öncəliklə sonsuzluq səbəblərini ortaya qoymaq və xəstə üçün uyğun olan müalicə şəkli seçilərək tətbiq edilməsidir.

2-ci addım. Stimulyasyon müalicə

Aybaşınnın ikinci və ya üçüncü günü gəlmək lazımdır.

Ultrasonda müalicə öncəsində yumurtalıqların son halı dəyərləndirilməkdədir.

Xəstənin vəziyyətinə görə o gün üçün hormon dəyərlərinə də baxıla bilməkdədir.

Nəticələrə görə həkim yumurta inkişafını təmin etmək məqsədi ilə bəzi hormon dərmanları verir və həkimin verdiyi dərmanlarla əlaqəli tibb bacısı xəstələri məlumatlandırır.

3-cü addım. Yumurta toplama xidməti

Hormonal müalicə sonrasında müəyyən bir böyüklüyə çatan yumurtalar ümumi anesteziya altında qısa müddətli cərrahi xidmət ilə vaginal yoldan toplanır. Laboratoriya şəraitinə alınan yumurtalar mikroinyeksiya xidməti üçün hazırlanır. Yumurta toplama xidməti sonrasında diqqət edilməli olan məqamlar tibb bacısı tərəfindən izah edilir.

4-cü addım. Süni mayalanma və ya mikroinyeksiya

Laboratoriyada mikroskop altında dəyərləndirilərək uyğun olan yumurtalar seçilmiş spermalar ilə döllənərək embrion inkişafı üçün müşahidə altına alınır.

5-ci addım. Embrion transferi

Müalicənin ən qısa, lakin ən vacib mərhələsidir. Ümumi olaraq ağrı hiss edilməyən xidmətdə çox nadir hallarda anesteziya istifadə edilir. Embrion sayına və inkişafına, yaşa, keçmiş cəhd sayına və digər bir çox parametrlərə görə OPU (yumurta toplama) sonrası 2-6-cı günlər arasında həyata keçirilir.

6-cı addım. Transfer sonrasında dərman müalicəsi

Transfer sonrasında uşaqlıq içərisinə “tutunmanın” dəstəklənməsi üçün dərman müalicəsi

7-ci addım. Hamiləlik testi

Transfer edildikdən sonra embrion dondurulmadığı hallarda 12-ci gün, dondurulduğu hallarda isə 15-ci gün Beta HCG ilə hamiləlik testi edilməsi məsləhət görülür.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.