Analiz sonrası sperma tapılmadığı hallarda sperma xayadan Mikrocərrahi üsulla alınan bir parça (biopsiya)  ilə əldə edilir.

TESE əməliyyatı xayanın tək bir kəsim ilə tamamilə açılması və toxumanın 20 dəfə böyüdülərək sperma olan bölgələrin müəyyən edilməsi və o bölgələrdən nümunə alınması şəklində həyata keçirilir. Dolayısı ilə əvvəllər tətbiq edilən çox sayda biopsiya üsulundan daha səmərələdir və çans daha yüksəkdir. Bu üsul ilə daha çox sayda sperma əldə etmək mümkündür.

Kişinin xayasından toxuma itkisimikro cərrahi üsulda çoxlu biopsiya götürülməsinə nisbətən 70 dəfə daha azdır. Bu da əməliyyatdan xayaların ən az zərər görməsinin təmin edərək, testosteron hormonu ifrazına minimal təsir edir.

Mikroskop altında edilən mikro cərrahi üsulun digər bir avantajı xaya toxumasını əhatə edən damar quruluşunun görülərək xayanı bəsləyən damarlara zərər vermədən kəsim edilməsidir. Bu əməliyyat sonrası ola biləcək fəsadları minimal səviyyəyə azaldır.

Əməliyyat və sonrası :

Əməliyyat ümumi anesteziya altında həyata keçirildiyindən xəstələrin əməliyyat günü hər hansı bir şey yeyib içmədən ac olaraq gəlmələri məsləhət görülür. Yerli anesteziya ilə mikro TESE əməliyyatına xəstənin hərəkətsiz bir şəkildə uzun zaman əməliyyat masasında qalması, əməliyyat zamanı psixoloji təsir və cərrahın diqqətinin dağılmaması üçün bəzi hallar istisna olaraq üstünlük verilmir.

Mikro TESE əməliyyatı sonrası xəstələr anesteziyanın təsiri keçənə qədər müşahidə altında tutulduqdan sonra evinə göndərləirlər. Xəstənin əməliyyat sonrası evinə gedərkn avtomobil idarə etməməsi məsləhət görülür. Xəstənin davamlı olaraq yataraq istirahətinə ehtiyac yoxdur, lakin əməliyyat sonrası 2-3 gün diqqətli olaraq fiziki ağır işlərdən uzaq durması lazımdır. əməliyyatdan 48 saat sonra sarğının yenilənməsi lazımdır. Əməliyyat sonrası 3-cü gün xəstə duş qəbul edə bilər, tikişlər təxmini 1 həftədə əriyəcəyindən tikişlərin sökülməsinə ehtiyac yoxdur. əməliyyat sonrası xəstələrin 10-15 gün sıx alt paltarı geyinmələri məsləhətdir. Cinsi əlaqəyə 15 gün ərzində girməmək məqsədə uyğundur.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.