Uşaqlıq Daxili İnseminasiya (İUİ) nədir, necə tətbiq olunur?

Uşaqlıq Daxili İnseminasiya (İUİ) üsulu bir il boyunca normal olaraq cinsi əlaqəyə baxmayaraq hamilə qala bilməmiş və sonsuzluq diaqnozu almış xəstələrə tətbiq edilən bir yardımçı reproduktiv üsuldur.

Uşaqlıq Daxili İnseminasiya (İUİ) xidməti digər üsullara nəzərən daha bəsit və sürətli bir üsul olsa da öncəliklə təbii hamiləlik yollarının sınanmış olması tövsiyyə edilməkdədir. Hamilə qalmaq istənən müddətin üzərindən bir il keçmişdirsə və hələ də nəticə əldə olunmamışdırsa lazımlı testlərin edilərək Uşaqlıq Daxili İnseminasiya (İUİ) üsulunun sınanmasında hər hansı bir problem yoxdur. Günümüzün texnologiyaları ilə Uşaqlıq Daxili İnseminasiya (İUİ) demək olar ki, ağrısız olaraq həyata keçirilir.

Uşaqlıq Daxili İnseminasiya (İUİ) kimlərə tətbiq edilə bilir?

Uşaqlıq Daxili İnseminasiya (İUİ) xidmətinin tətbiq edilməsi üçün kişidə işlənilə biləcək özəllikdə sperma və qadında da yumurta inkişafında problem olmaması lazımdır. Əgəgr sperma və ya yumurta ilə bağlı problemlər mövcuddursa bunların mümkün qədər aradan qaldırılması lazımdır. Bununla da müalicənin nəticəsinin də istənilən şəkildə olması təmin ediləcəkdir.  Uşaqlıq Daxili İnseminasiya (İUİ) sonrasında neqativ nəticə əldə olunması cütlüyün psixolojik olaraq təsir altına düşməsi mümkündür.

Əgər qadında polikistik over xəstəliyi kimi yumurtlama funksiyası pozğunluqlarına bağlı problemlər və ya kişidə sperma  hərəkət və sayında problemlər Uşaqlıq Daxili İnseminasiya (İUİ) müalicəsinə müraciət etmək mümkündür. Bununla birlikdə izah oluna bilməyən sonsuzluq  və ya vaginismus kimi səbəblərdən dolayı həkimə müraciət edən xəstələrdə də Uşaqlıq Daxili İnseminasiya (İUİ) müalicəsindən yararlanmaq mümkündür.

Uşaqlıq Daxili İnseminasiya (İUİ) xidməti zamanı öncəliklə yumurta böyütməyə yönəlik hormonal müalicələr tətbiq edilir. Müalicə sonrasında inkişaf edən yumurtaya çatlatma iynəsi vurularaq, sperma hazırlandıqdan sonra uşaqlıq içərisinə özəl bir kateter vasitəsilə trasnfer edilməkdədir.

Uşaqlıq Daxili İnseminasiya (İUİ) xidmətindən öncə diqqət edilməli məqamlar nələrdir?

Uşaqlıq Daxili İnseminasiya (İUİ) öncəsi həm qadının , həm də kişinin diqqət etməsi vacib olan məqamlar vardır.

Kişinin diqqət etməsi vacib olan məqamlar:

Spermanın təsirli və dölləyici olması üçün son 48 saat içərisində siqaret, spirtli içki, narkotik və ya dərman almaması lazımdır. Bu tərzdə olan maddələr spermanın keyfiyyətinə və hərəkətliliyinə təsir etməkdədir.

Qadının diqqət etməsi vacib olan məqamlar:

Uşaqlıq Daxili İnseminasiya (İUİ) tətbiq ediləcək qadın müalicə zamanı vaginal bir infeksiya keçirməməsi, hər hansı vaginal dərman, krem və ya losyon istifadə etməməsi lazımdır.

Uşaqlıq Daxili İnseminasiya (İUİ) xidməti nə cür həyata keçirilir?

Uşaqlıq Daxili İnseminasiya (İUİ) xidməti bir neçə dəqiqə davam edən ağrısız bir üsuldur. Ginekoloji müayinə vəziyyətindəki kimi uzadılan xəstəyə əksər hallarda anesteziya verilməsinə lüzm olmur. Lazımlı ginekoloji alətlər istifadə edilərək uşaqlıq ağzı müşahidə edilən xəstədə xüsusi bir kateter vasitəsilə uşaqlıq içərisinə laboratoriyada hazırlanan sperma yeridilir. Sperma ilə yumurtanın döllənərək uşaqlığa yerləşməsi məqsədilə edilən bu xidmət nəticəsində hamiləlik şansı 20-25 % nisbətindədir. Xidmət sonrası 20-30 dəqiqə istirahət etdikdən sonra xəstə normal həyatına davam edə bilər. Hər hansı bir mənfi hal olarsa xəstənin tez bir zamanda həkiminə müraciət etməsi lazımdır. İki dəfə Uşaqlıq Daxili İnseminasiya (İUİ) sınandıqdan sonra hamiləlik və canlı doğum gerçəkləşməyən xəstələrin təkrar dəyərləndirilməsi və ehtiyac olarsa süni mayalanma müalicəsinə yönləndirilməsi lazımdır.

23 İLDƏ 60000 UŞAQLI GENİŞ AİLƏ OLDUQ.